334-cü nəğmə: “Sikeyda, səcdə, Türk Dili Olimpiadaları və ümid”

334-cü nəğmə: Sikeyda, səcdə, Türk Dili Olimpiadaları və ümid

Sevgili dostlar,

“Sikeyda xorunun zikrini dinləyirik!..” adlı “326-cı nəğmə”də 17 il torpaq altında gözlədikdən sonra yerin üstünə çıxan, əsasən ağacların ən yüksək budaqlarına, ümumiyyətlə isə hər yerə yayılan və xor surətində səs salaraq hər tərəfi vəlvələyə salan “Sikeyda” (Cicada) adlı həşəratdan söz açmışdıq.

Hazırda Pensilvaniyanın hər tərəfi Sikeydaların zikri ilə - tük ürpərdən iniltiləri ilə uğuldayır. Elə bir hər yanda zikir məclisləri qurulub – dağ, dərə, təpə zikir sədaları altında lərzəyə gəlir. Bəzən Sikeydalar cuşa gəlmiş zakirlər kimi, elə fəryad qoparırlar ki, insanın ürpəməməsi, İlahi sənətə ayna tutan bu məxluqların nələr hayqırdığı ilə maraqlanmamaq mümkünsüzdür.

Salonun pəncərələri örtülü olsa da Sikeydalar elə bil lap yaxındalar, istər-istəməz diqqət çəkirlər. Bu günkü söhbətdə Fəthullah Gülən əfəndi yenə də onlardan söhbət açdı, ibrətamiz bir neçə xüsusiyyətlərindən danışdı.

Dərsə başlayan dostlar əvvəlcə təqib etdiyi, öyrəndiyi kitabın və müəllifin adını çəkir, sonra sözə başlayır. Onlardan biri İmam Suyuti həzrətlərinin “əd-Dürrül-Mənsur” adlı əsərindən seçdiyi hissələri oxumağa başlamazdan əvvəl Xocaəfəndi kitabın adına diqqət çəkdi. Quranla müqayisədə insan düşüncələrinin mövqeyinə dair incə meyarlar təqdim etdi.

Daha sonra söz gəlib çıxdı Türk Dili Olimpiadalarına. Xocaəfəndi tənqid olunma ehtimalı daşıyan bir-iki məsələ ilə əlaqədar ümumi bir prinsipi xatırlatdı.

Dərs boyu itirdiyimiz dəyərlərdən söhbət açılınca mövzu gəlib çıxdı namaz və səcdəyə. Xocaəfəndi rüku və səcdələrdə təkrar edilən təsbihlər haqda xoş bir kəlam söyləyib kamil qulluq axtarışında olmaqla yanaşı insanları ümidsizliyə salmamaq və kimsəni yəsə sürüklməmək lazım gəldiyini vurğuladı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.