337-nəğmə: “Məşvərət... Mütləq məşvərət. Ancaq kiminlə?!.”

337-nəğmə: “Məşvərət... Mütləq məşvərət. Ancaq kiminlə?!.”

  • “Çəkinmə aqil isən etirafi-nöqsandan \ Əmin olan dəlidir əqlinin kamalından!” (M.Naci). “Əqlə məğrur olma Əflatuni-vaxt olsan dəxi \ Bir ədibi-kamil gördükdə tifli-məktəb ol!” (Nəfi)
  • Allah Rəsulu Hüneyn döyüşündə ələ keçirilən qənimətlərin böyük bir hissəsini qəlblərini İslama isindirməyi murad etdiyi insanlara paylamış, hətta bəzi şəxslərə xüsusi pay ayırmışdı. Ancaq aparılan bu bölgüdən xüsusilə bəzi ənsar cavanları bir az incik düşmüşdülər. Hətta: “Qanları qılınclarımızda hələ qurumayıb, amma ən böyük pay onlara düşür!” deyənlər vardı. Bunu dilə gətirənlər bir-iki cavan olsa da, əgər bu fitnən qarşısı alınmasaydı, alışıb qarşısıalınmaz bir yanğına dönə və kimlərisə əbədi oda sürükləyə bilərdi. Çünki Allah Rəsuluna edilən bir etiraz insanı dindən, imandan edə, əbədi ziyana uğrada bilər. Bunu xəbər tutan Peyğəmbərimiz dərhal ənsara toplanmağı əmr etdi və onlara səsləndi: “Mən gələndə siz zəlalətdə deyildiz? Allah Mənimlə sizi hidayətə çatdırmadı? Yoxsulluq, kasıblıq, ehtiyac içində qıvranan siz deyildiz? Allah Məni vəsilə edib sizə var-dövlət vermədi? Bir-birinizə düşmənçilik edən siz deyldiz? Allah Mənimlə qəlblərinizi yumşaldıb sizi barışdırmadı?” Verilən bütün suallara ənsar bir ağızdan “Bəli, minnət yalnız Allaha və Rəsuluna aiddir!..” demiş: “İnsanlar evinə dəvəylə, qoyunla gedəndə, siz Rəsulullahla dönmək istəməzsiz?” sözünə müqabil isə göz yaşları sel olub axmışdı.
  • (Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə Sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər! (“Ali-İmran” surəsi,3\159) Bəli, rəvayətə görə, Uhud döyüşündən sonra nazil olan bu ayə istişarənin (məşvərət) nə qədər mühüm olduğunu göstərir. Belə ki, Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) döyüş strategiyası barədə səhabələrini toplayıb məşvərət etmişdi. Özü şəhərdən çıxmaq yerinə Mədinədə qalıb müdafiə müharibəsi aparmağı təklif etmişdi. Meydan müharibəsinin tərəfdarları çox olduğuna görə Uhuda çıxdı. Döyüşün axırında bunun yaxşı nəticə vermədiyi aydın oldu. Buna baxmayaraq, döyüşdən dərhal sonra nazil olan bu ayədə istişarə əmr edilirdi. Demək ki, məşvərətdə böyük xeyr və bərəkət var.
  • Sizə yaltaqlıq edənlərlə məşvərət etməyəcəksiniz. Mənfəət bağları ilə sizə bağlanan insanlarla məşvərət etməyəcəksiniz. Sizdən umacağı olan insanlarla məşvərət etsəniz, “Tayın-bərabərin yoxdur sənin, əcəm mülkü qurbandır sənin bir telinə!” deyənlərlə məşvərət etsəniz, yanıldarlar sizi. Çünki dardüşüncəlidirlər. Təkcə bu günü düşünür, bu günü görürlər, bir də ola bilsin öz uşaqlarının gələcəyini görürlər. Bu cür dardüşüncəli insanlarla həllində əngin dünyagörüşünə ehtiyac duyulan məsələlər çözülməz. Başqa şeyin dərdini çəkməyən, dərdi-səri məfkurəsini olan, gecə-gündüz bunun sancısını çəkən, zərrə mənafe güdməyən insanlarla məşvərət edəcəksinz. Sizi incitsə də, başqlarını incitsə də fikirlərini obyektiv şəkildə, ağlabatan, məntiqli və münasib bir üslubla ortaya qoyan insanlarla məşvərət edəcəksiniz.
  • “Hüsnü-niyyət (təmizqəlbililik) yaxşı şeydir və yalnız o vaxt qiymətlidir ki, bünövrəsində məntiq, mühakimə və məşvərət olsun. Əks halda bünövrəsində bu dəyərlər olmasa, duruş gətirməyib aşa bilər. Bəli, hüsnü-niyyətin bünövrəsində hökmən məşvərət, düzgün məntiq, mühakimə, reallığı güzgün görmə və şəxsini, cəmiyyəti, qarşıdakıları düzgün qavrama kimi dirəklər olmalıdır ki, hüsnü-niyyətin qübbəsi çökməsin”.
  • Başa düşürsünüz? Bu gün gördüyünüz işlər yarım əsr sonra necə olacaq, bunu hesablamalısınız. Müvvəqqəti strategiyalar problemlərinizin həlli üçün kifayət deyil. Bəli, müvəqqəti planlarla millətimizin problemləri həll olmaz; ağlı yüz il qabağı görüb həll yollarını tapmağa çatan insanlar çözə bilər bu məsələləri.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.