349-cu nəğmə: “Adanmış ruhların fərqi”

349-cu nəğmə: Adanmış ruhların fərqi

  • Adınız orada-burada çox çəkilirsə, gözləmədiyiniz dairələr sizə qara yaxa və bu xoşagəlməz hadisələr də sizi ümidsizliyə sala bilər. Buna baxmayaraq, üstümüzə toz-duman çöksə də, bu abi-havanı bir yolla yararaq yaxın-uzaq gözəllikləri görməyə çalışmalı və qətiyyən ümidsizliyə düşməməliyik.
  • Adanmışlıq yad düşüncələrdən təcrid olmağı və bütün fikirlərini bir yerə ‒ ömrünü həsr etdiyi amala cəmləməyi tələb edir.
  • Düşüncəmizi bu misralar çox gözəl ifadə edir: “Nə dünyadan səfa gördük, nə əhlindən ricamız var \ Nə dərgahi-Xudadan başqa bir ilticamız var.” (Nəfi)
  • Adanmış insan o qədər fərqli olmalıdır ki, görənlər ona “dəli” desin. Onların ən bariz xüsusiyyəti fərqli olduqlarının fərqinə varmamaları və heç kimə üstdən aşağı baxmamalarıdır.
  • Adanmış ruhlar amalı yolunda canından keçməyə hazır olmalı, Allah rizasından başqa bir şey düşünməməli, qazandığı uğurları özündən bilməməli, hətta kimsədən “afərin” belə ummamalı, Həzrəti Əlinin sözü ilə desək: “İnsanlar içində sadə bir insan ol!” düsturuna sadiq ömür sürməlidir.
  • Axirətə böyük bir izdihamın çiynində getmək arzusu onların xəyalından da keçməz. Adlarının belə yaddan çıxmasını arzulayarlar. Madam ki, unutmayan Bir Yaradan var, kiminsə xatırlamasına nə hacət? Allah nisyandan uzaqdır. Rəsulullaha çatdırırsa, Özü niyə unutsun?! Bu iki uca Zat sizi tanıyırsa, mərhəmətini əsirgəmirsə, insanların unutmasının nə əhəmiyyəti var? Dəyərli şeyrlər ola-ola, niyə dəyərsiz şeylərə bel bağlayasınız, niyə yeganə dərdiniz bu olmasın?!
  • Əngin özünütənqid (mühasibə) şüuruna malik qüdsilərdən biri də, şübhəsiz ki, qadınlıq aləminin tacı Həzrəti Aişə anamızdır (radiallahu anha). Bir gün bu böyük qadın Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) yanında hönkürtü ilə ağlayır. Niyə ağladığını soruşan Allah Rəsuluna (sallallahu aleyhi vəsəlləm): “Cəhənnəm yadıma düşdü, ona görə ağlayıram! Əcəba qiyamət günü ailənizi xatırlayarsınızmı?” ‒ deyir? Sevgi və şəfqət timsalı Nəbilər Sərvəri (sallallahu aleyhi vəsəlləm) ona bu sözlərlə cavab verir: “(Ya Aişə!) Üç yerdə heç kim heç kimi xatırlamaz: 1. Mizanda, əməllərin çəkisini öyrənənə qədər. 2. Əməl dəftərləri paylananda, sağdan və ya soldan gəldiyini görənə qədər. 3. Siratda, siratı keçənə qədər.”
  • Qurani-Kərim buyurur: “Ey iman gətirənlər! Siz özünüzü düzəldin! Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!” (“Maidə” surəsi, 5\105)
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.