356-ci nəğmə: “Dayanmadan irəliləmək və ölümün üzünə gülmək”

356-ci nəğmə: Dayanmadan irəliləmək və ölümün üzünə gülmək

وَذَكِّرْ فَاِنَّ الذِّكْرٰى تَنْفَعُ الْمُؤْمِنِينَ
“Sən (onlara Quranla) öyüd-nəsihət ver. Çünki həqiqətləri xatırladıb öyüd-nəsihət vermək möminlərə fayda verir”. (“Zəriyat” surəsi, 51\55)

Bu İlahi bəyanın məalını söylədikdən sonra Fəthullah Gülən Xocaəfəndi aşağıdakı mövzulara toxundu:

  • Allah eləməsin, əlli dəfə “məğlubiyyətə uğrasaq” belə, heç nə olmamış kimi dərhal belimizi dikəldib yola davam etmək lazımdır.
  • Həzrəti Adəm etdiyi bir zəlləyə görə özünü heç vaxt bağışlamamışdı, buna baxmayaraq tövbə\inabə\övbə edərək belini dikəltmiş və yoluna davam etmişdir. Bəzi rəvayətlərə görə O, xəcalətdən düz qırx il başını göyə qaldırmamış və illərlə göz yaşı tökmüşdür.
  • Eşq və iştiyaq təkanverici gücdür. Haq dostları cani-dildən camalullahı arzulasalar da, dinə xidmət etməyi nəfsindən üstün tutduqları üçün burada – dünyada qalıb işinə davam edir... Hər an “Allahım, vüsalım nə vaxtdır!?” deyə düşünsələr də, Ona ram olub ölümü deyil, Onun rizasını arzulayır və məfkurəsi naminə səbr edib bir qədər də dözməyə çalışır... Budur sədaqətlə eşqin kəsişdiyi, birləşdiyi nöqtə... Məcnuntək Ona qovuşmağı arzulamaq, buna baxmayaraq dəlicəsinə əmrə itaət etmək...
  • Eşqin bir yönü də həyəcan və şücaətdir: mərd-mərdanə ölümün üzünə baxıb gülmək, hətta qaraqabaq ölümü belə güldürmək...
  • Hədislərdə Həzrəti Musanın ölümə münasibətindən, ölüm mələyinə verdiyi cavabdan və Cənabi-Allahın ona verdiyi seçim haqqında bəhs edilir.
  • Bütün yollar bağlansa da, hadisələr qarşısında əyilməyən mətin adamlar yolundan qalmaz, çünki yolundan dönməyənləri Allah heç vaxt “yolsuz” qoymaz.
  • Bəli, Allah yolunda gedənləri heç vaxt yarı yolda qoymamışdır. (Təki sən Allah yolunda ol!..) Düşmüsənsə quyuya... “Yusifləşmisənsə”... bir də gördün heç gözləmədiyin anda quyuya möhkəm bir kəndir salladılar... tutub çıxarsan... Dost xəyanətinə, həsədinə, pağıllığına tuş gəlmisənsə, bir seyrü-süluqi-ruhanidən sonra bir də baxarsan məlik olmusan. Hizmətdə məlik olma düşüncəsinə yer yoxdur. Bu hizmətdəkilər məlikliyin hər bir zərrəsini və məlikliyə aparan bütün yolları yerin ən dərin qatlarına gömmüşlər...
  • Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) buyurmuş ki: “Allah yolunda toza batan ayaqlara Cəhənnəm odu dəyməz”.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.