362-ci nəğmə: “Həcciniz ümmətin həcci olsun!..”

362-ci nəğmə: Həcciniz ümmətin həcci olsun!..

Ötən illərdə Allah-taala bir qardaşımızın könlünə həccə getmə arzusunu salmışdı. Səfərə çıxmadan əvvəl möhtərəm Fəthullah Gülən Xocaəfəndiyə müqəddəs diyar və orada keçən vaxtdan necə səmərəli istifadəsi haqda bir sual vermişdik. Peyğəmbər diyarının həsrəti ilə qovrulan Xocaəfəndi kövrəlmiş, gözləri dolmuş və belə demişdi:

“Həcc fərz olan ibadətdir. İmkanı olan mütləq yerinə yetriməlidir. Ancaq belə bir dövrdə kamil etiqadlı insan təkcə özü üçün həccə getməməlidir. Orala elə gedin ki, həcciniz “ümmətin həcci” olsun. Ümməti-Məhəmməd qəribdir, dərdlidir, iztirab içindədir. Məhəmməd ümməti üçün həccə gedən, o müqəddəs diyarı “ümməti, ümmət”iniltiləri ilə coşduran insanlara ehtiyac var. “Allahummə fəracən və məxracən li-ümməti Muhammədin” deyib göz yaşı axıdan və ətrafdakılara da insanlıq üçün ağlama hissini aşılayan insanlara ehtiyac var”.

Son söhbətlərin birində yenə həcc ilə bağlı bir sual verildi. Bu il həccə getməyə hazırlaşanlara qiymətli öyüd-nəsiyyət mahiyyətindəki bu söhbətin videoyazısını sizə təqdim edirik.

Sual: “Həccin fərz olmasını bildirən “Ali-İmran” surəsinin 97-ci ayəsindəki bir ifadənin “aləl-mümininə” və ya “aləl-müsliminə” deyil, “alənnəs” şəklində olmasının hikməti nədir? Həccin Allahın haqqı olmasını necə başa düşməliyik!”

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.