366-cı nəğmə: “Din adından törədilən cinayətlər”

366-cı nəğmə: “Din adından törədilən cinayətlər”

Sual: Suriyə, Pakistan, Kenya, bir sözlə böyük bir ərazidə ən amansız cinayətlər İslam adına törədilir: guya Quranın əmrinə tabe olaraq başlar kəsilir, məscidlər və kilsələr bombalanır. Bəzi təşkilatların dünya miqyasında törətdikləri cinayət və terroru xarici qüvvələrin müdaxiləsi ilə izah etmək olarmı? Müsəlmanların arasında kamikaze kimi terror hadiəslərinin yayılmasının səbəbi nədir?

İslamiyyət tarixin heç bir səhifəsində bügünkü qədər vəhşətə düçar olmamışdır. Bir vaxtlar haqq-həqiqətdən bixəbər Müvahhidin, Qərmətilər, Batinilər vəhşilik törətsələr də, qətiyyən kamikazelik etməmiş, öldürmək üçün özünü öldürməmiş, dolayısilə əbədi cəhənnəmə getməmişdilər. Bu cür intihar edənin yeri əbədi cəhənnəmdir, üstəlik belə adam qətl etdiyi insanların hesabını da verəcəkdir.

Bir nəfər: “Ya İmam (Həzrəti Əli (r.a.)), filan yerdə ordu yığılıb üstünə hücüm çəkəcəklər. Yaxşı hücuma keçmədən onları qabaqla hamısını qılıncdan keçir!” deyir. Böyük İmamın cavabına diqqət edin: “Hardan bilək gələcəklərini!”. Yanaşma tərzini görürsünüz? Məncə şahi-mərdanlıq Xeybər darvazalarını qoparmaq, bir qılınc zərbəsi ilə Amr ibn Əbdüvüddü yerə yıxmaq deyil, ənaniyyəti cilovlamaq, iradəni ortaya qoymaq və “Hardan bilək gələcəklərini” deməkdir. İgidlik budur. Şücaət və cəsarətin hikmətlə zirvələrə yüksəlməsidir. İmam Əzəm Əbu Hənifə Həzrətləri fiqhdə Həzrəti Əlinin bu yanaşmasını əsas götürür.

“Kilsələri dağıdın!” demək məscidlərin dağılmasına, məsciddəki camaatın bombalanmasına fərman vermək deməkdir. Nə əkərsən, onu da biçərsən. Yaxşı şeylər əkmək lazımdır.

Müsəlmanlar arasından terrosist çıxarmı? Çıxar, amma belə adamda daha müsəlmanlıq xüsusiyyətləri qalmaz, belə adama da sağlam müsəlman demək olmaz. Çünki müharibənin belə qayda-qanunu var: qılınc çəkməyənə qılınc çəkilməz. İnsanlığın İftixarı qoşunu döyüşə hazırlayarkən: “Məbədlərə pənah gətirənlərə dəyməyin, qadınlara dəyməyin, uşaqlara dəyməyin” demişdir. Döyərək, vuraraq, öldürərək nəsə qəbul etdirməyə bizim haqqımız yoxdur. Dinin tərifi belədir: “İnsanları öz iradə və ixtiyarı ilə bilavasitə xeyrə sövq edən ilahi qanunlar məcmusu”. İnsanlar dini azad iradə ilə seçirlər. Müsəlman bu tərifə əməl etməlidir.