369-cu nəğmə: “Səfər və yolçunun duası”

369-cu nəğmə: Səfər və yolçunun duası

Sünneyi-səniyyəyə görə səfərə çıxan yolçu bütün səfəri dualarla keçirir. O cümlədən Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) yola çıxmadan əvvəl miniyinə “Bismillah”la oturur, ilk öncə üç dəfə təkbir – Allahu Əkbər gətirir sonra bu ayəni axuyub ardınca da dua edirmiş:

“Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin nemətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı. Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq!” (“Zuxruf” surəsi, 43\13-14). Allahım, bu səfərdə Səndən xeyir, təqva və saleh əməl diləyirik. Allahım, bu səyahəti bizə asan, uzaqları isə yaxın et. Allahım, yolda bizim sahibimiz, evdə qalan ailəmizin də hamisi Sənsən. Allahım, yolun məşəqqətindən, qəmdən, kədərdən, yorğunluqdan, əhval-ruhiyyənin puzulmasından, qüssədən, mal-mülk, ailə və çolum-çocuqların pis vəziyyətə düşməsindən Sənə pənah gətiririk.”

Fəthullah Gülən Xocaəfəndi səfərə dair sünnəni dirçəltmək, təkrar canlandırmaq lazım gəldiyini hər imkan tapdıqca dilə gətirir. Biz də bir miniyə minəndə Peyğəmbərimizin etdiyi duaları oxumalı və yol gedəndə qəflətə qapılmadan səfərimizi tamamlamalıyıq.

Yolu sağ-salamat başa vurmaq və səfəri bərəkətləndirmək üçün başqa dualar da oxumaq olar. Məsələn, məsuratda (Peyğəmbərimizin duaları) keçməsə də, “Ayətəl-kürsü” insanı bəla və müsibətlərdən qoruyan mənəvi zirehdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.