370-ci nəğmə: “Gözəl üslub insafa çağırışdır”

370-ci nəğmə: Gözəl üslub insafa çağırışdır

Möhtərəm Fəthullah Gülən Xocaəfəndi tez-tez üsulu üsluba qurban verilməməsinin zərurətindən söhbət açır və dəyərlərimizi başqalarına təqdim edərkən üsul və üslub məsələsinə həddən artıq diqqət etmək lazım gəldiyini vurğulayır.

Məlum olduğu kimi, “üsul” sözü təməl, əsas, kök, başlanğıc və həqiqət mənalarına gələn “əsl” sözünün cəmidir. Təfsir, hədis, fiqh kimi elm sahələrinin və şübhəsiz dinin özünəxas üsulu vardır. “Üslub” isə tərz, metod və tərtib deməkdir. Bəli, insanlar təbiətcə müxtəlif olduqlarından, həqiqəti çatdırmada üslub da buna müvafiq olmalıdır. İnsanların fitrəti nəzərə alınaraq hər bir şəxsə uyğun üslub müəyyənləşdirilməlidir. Əks halda insanlar dindən uzaqlaşar, Sonsuz Nura qovuşa bilməzlər. Bu səbəbdən üsulun əsası sayılan “Lə iləhə illəllah Muhammədun Rasulullah” həqiqətini belə müəyyən bir üslubda çatdırılmalıdır.

16 dəqiqə 38 saniyəlik bu söhbətdə möhtərəm Fəthullah Gülən Xocaəfəndi bir daha üslub məsələsinə toxunur. İlk öncə bu ayənin məalını verir:

“(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!” (“Nəhl” surəsi, 16\125)

Bu İlahi bəyanın işığı altında üsluba dair mühüm əsasları açıqlayan Xocaəfəndi küfür sifətlərinə qarşı münasibətin necə olması lazım gəldiyini və hüsnü-zənn bəsləməklə yanaşı aldanmamaq üçün nələr etmək lazım gəldiyini izah edir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.