381-ci nəğmə: “Ruhun pərvazı”

381-ci nəğmə: Ruhun pərvazı

Qiymətli dostlar, Fəthullah Gülən Xocaəfəndi keçən şənbə günü xəstələnib təcili şəkildə xəstəxanaya getməmişdən bir neçə saat əvvəl etdiyi söhbətdə aşağıdakı mülahizələrə yer vermişdi. Düzü, Xocaəfəndinin bəhs etdiyi mövzudan az müddət sonra xəstələnməsi orada olanları qorxutmuşdu. Möhtərəm Xocamız söhbətin əvvəlində Gönənli Mehmet Əfəndinin Saatın zinciri bitincə eyləməz tık-tık,/ vaxtı-mərhunu gəlincə ruha derlər çıx-çıx. / Haqqa qulluq elə zira, axitətdə dinləməzlər hınk-mınk. misralarını oxumuşdu.

Ölümün dostlardan ayrılıq olduğuna diqqət çəkən Xocaəfəndi bütün ayrılığın çarəsinin bədən və cismaniyyətdən sıyrılıb qəlb və ruh həyatına yüksəlməyə bağlı olduğunu vurğuladı. Bu sayədə ruhun pərvazlanaraq Ona yaxınlaşmaq üçün qanad çırpacağına işarə etdi. Sonra da bu həqiqəti aşağıdakı kimi şərh etdi:

“Haqq cisim, cövhər, araz (bir şeyin özülü, əsası) olmadığı kimi, məkandan, məsafədən, yöndən də münəzzəhdir. “Ona çatmaq”, “Onu tapmaq” kimi sözlərin hər biri bir məcazdır. Bununla nəzərdə tutulan bizə hər şeydən yaxın olan Allaha qarşı mahiyyətimizdəki uzaqlığı aşmaq, qəlb, hiss və zövqlə Onun yaxınlığını duymaqdır. Bəli, heyvaniyyətdən sıyrılıb cismaniyyəti aşan, demək olar ki hərkəs, qabiliyyəti nisbətində “bi kəmü-keyf (kəmiyyət və keyfiyyətdən uzaq)” qəlbən olun yaxınlığını duyar, bəsirəti ilə tamaşa etmək zövqünə nail olar və ruhu ilə hər vaxt onunla ünsiyyət qura bilər.”

13 dəqiqəlik bu söhbəti dualarınıza vəsilə olmaq arzusu ilə istifadənizə təqdim edirik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.