406-cı nəğmə: “Səbir, iştiyaq və seçkilər”

406-cı nəğmə: “Səbir, iştiyaq və seçkilər”

  • “Əd-dünya cifətun və təvalibüha qilabün – Dünya çirkab yığınıdır. Onun içində eşələnənlər də itlərdir.” Dünyanın dünyaya baxan bir bu üzü var. Dünya həm də axirətin məzrəəsidir/tarlasıdır. Onun bu üzünü də dəyərləndirmək lazımdır. O, həmçinin Cənabi-Allahın əsmasının/isimlərinin məcalisi/(toplanılan yer), məzahiri/(bir şeyin zahir olduğu yer) olub Onun gözəlliklərini özündə əks etdirən bir aynadır. Dünyaya bu iki üzdən baxmaq savabdır. Onun bu iki üzü insanın mərifətini inkişaf etdirir, onu Allaha yaxınlaşdırır. Yemək, içmək, tənbəl-tənbəl yatmaq, Qarun kimi sərvət dərdinə düşmək, halal-harama baxmadan hər bir imkandan nəfs və şeytan adına istifadə etmək... Bütün bunlar dünyanın çirkab üzünə aiddir. Bunların ətrafında quyruq bulayanları da Sahibi-şəriət “kəlblərə/it” bənzətmişdir. Bu söz onun o nəzih dilindən çıxmışdır. Bu da ayrı bir vacib məsələdir, çünki o, heç vaxt çirkin söz söyləməmişdir. Ancaq dünyanın bu çirkinliyini görən Allah Rəsulu, buna uyğum bir söz söyləmişdir. Dəbdəbəli, cah-calallı dünya insanın qarşısına çıxar və onu özünə məftun etmək istər. Baxmayaraq ki dünya bu cazibədardır, bəzi insanlar könlünü daha vacib şeylərə vermişlər. Onlar iştiyaqla oturur, iştiyaqla qalxır – müdam söhbəti-Canan edirlər.
  • Bir insana “dəli” demirlərsə, onun imanı kamil deyildir. “Sultanlıq təklif edirlər, imtina edir. Ayağına gələn imkanlardan imtina edir. Dünyaya aid heç bir şeyə göz ucu ilə da olsa, baxmır. Baxsa da, Onun xətrinə baxır. “Allahım, mənə (imkanlar) versən, Sənin adını yüksəltmək, hər yana yaymaq, çoxdandır itirdiyimiz, dağıtdığımız ruh abidəmizi yüksəltmək naminə istifadə etmək istəyirəm” deyir.
  • Rəsuli-Əkrəmə (sallallahu aleyhi vəsəlləm) bir gün belə gülməyə imkan vermədilər. Siyərini yazanlar, xarakterini və ruh rəsmini çəkənlər deyirlər ki: “Onun həyatda üç dəfə güldüyünü görmüşük”. O da, sizin üçün... sizə gözəl xəbərlər vermək üçün... O, gülmüşsə, ancaq buna gülmüşdür. Çünki, heç vaxt buna imkan verməmişlər. Dünyanı Ona dar etmiş, cəhənnəmə çevirmişlər. Ancaq O, vəzfisinə o dərəcədə bağlı idi, Onda elə sarsılmaz vəzifə şüuru vardı ki, “tərxis edilənədək” yerindən tərpənməməkdə qərarlı idi.
  • Ən ağır dərdi Cənabi-Allah Ona (aleyhissalam) çəkdirirdi. Ən əngin və ən dərin mərifəti də yenə Ona daddırırdı.
  • Allah sizə də həmin iştiyaqı nəsib etin! Siz Onun (cəllə cəlaluhu) iştiyaqı ilə alışıb-yanın; ruhunuzun abidəsini yüksəltmək üçün dayanmadan çırpının; qoy dəhrin hadisələri bəzən lehinizə, bəzən isə əleyhinizə olsun.
  • “Əlxayru fi məhtərahullah” sözü xeyir Allah-taalanın seçdiyi şeydədir mənasına gəlir. Yəni Cənabi-Allah bəndələrini hansı yana sövq edir-etsin, hansı nəticəyə çatdırır-çatdırsın, ən məqsədəuyğun, ən bərəkətli, ən faydalı, ən savablı və aqibəti ən xeyirli olan Onun təqdiridir. Bəli, Allah-taala nəyi, necə yaradırsa, xeyir ondadır!..
  • Yəqin Allah bizi sıxır ki, dizlərimiz bir qədər bir-birinə təmas etsin, topuqlarımız bir-birinə təmas etsin, çiyinlərimiz bir-birinə dəysin. O halda namazda düzüldüyümüz kimi, “bünyani-mərsus/daşları sıx düzülmüş bina” kimi bir cərgədə düzülməliyik. Bu cür düşünərək “Əlhəmdülilləhi alə külli hal, siva əhvali-əhlil küfri və dələl” deməliyik. Küfr və zəlalət istisna olmaqla – Allah göstərməsin – hər bir təqdirinə görə Allaha həmd-səna olsun!
  • Digər tərəfdən, “Necəsinizsə, elə də idarə olunursunuz!” hədisini heç yaddan çıxarmamalıyıq. İlk Milli Məclisin millət vəkilləri arasında Tahir Əfəndi adlı bir şəxs olub. Alim, fazil insanlardan imiş. Digər millət vəkilləri meydanlarda alovlu nitqlər söyləyəndə Tahir Əfəndi bir küncdə həmişəki kimi susqun-susqun oturarmış. Bir gün tərəfdarları israrla, "Əfəndi, sən də bir şeylər danışsana. Hər kəsin vəkili nitq söyləyir, hər kəs öz vəkiliylə fəxr edir. Sən də bir danış, qürur hissi duyaq!.." deyirlər. Tahir Əfəndi az, ancaq mənalı danışan bir insan idi. Onlara belə cavab verir: "Möhtərəm camaat, unutmayın ki, siz "müntəxib" (seçici)siniz. Mən isə "müntəxab"am (seçilənəm). Gedəcəyimiz yer isə; "müntəxabün ileyh" (seçilmişlərin yeri, Millət Məclisi)dir. Sizin etdiyiniz işə də "intixab" (seçki) deyilir. İntixab isə "nuxbə" sözündən gəlir. Nuxbə “qaymaq” deməkdir. Unutmayın ki, bir şeyin altında nə varsa, qaymağı da ondan olar, döşəməsində nə varsa, tavanına da o çıxır. Qatığın üstündə qatıq qaymağı, südün üstündə süd qaymağı, zəyin üstündə də zəy qaymağı olar."
  • Quran deyir: “Ey iman gətirənlər! Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər.” (“Maidə” surəsi, 5/105) Bunu bilərək hələ də getdiyiniz yolun doğru olduğuna inanırsınızsa, fəaliyyətlərinizi iki qata çıxarıb yolunuza davam edin. Bu yol, ruh abidəsini ucaltma yoludur. Bir mənada utopiya yolu, ala-yarımçıqlıqdan qurtulma və tamamiyyətə yönəlmə yoludur. Cənabi-Allahın rizasına aparan da, elə məhz tamamiyyətdir.
  • “Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!” (“Ali İmran” surəsi, 3/139) Əsl möminsəniz, demək potensial “əla”sınız/ayədə bu ifadə keçir. Allah bir gün bu potensialı reallığa çevirər. Xəbəriniz olmadan elə bir məqama yüksəldər ki, “Oh!” deyərsiniz.
  • İmanını mərifətlə bəzəməyənlər “yol yorğunluğu”ndan qurtula bilməzlər. Mərifəti eşq və məhəbbətlə dərinləşdirməyən formallığın torunda çırpınmaqdan xila ola bilməzlər.
  • “Nə olacaq bu işlərin axırı?” kimi suallarla məşğul olmaq əvəzinə düşüncə enerjimizi, bütün fəaliyyətlərimizi və iradə gücümüzü çiyinlərimizdəki əmanəti sındırmadan və incitmədən gələcək nəsillərə çatdırmaq üçün istifadə etməliyik. Çünki bizim dünya ilə işimiz yoxdur. Allahla irtibatımız o qədər möhkəm olmalıdır ki, dünya dəbdəbə, ehtişam və cazibədarlığı ilə qarşımıza çıxsa, ondan rahatlıqla imtina edək.
    • Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.