409-cu nəğmə: “Allah hesaba çəkər!”

409-cu nəğmə: “Allah hesaba çəkər!”

  • İnsanın başına gələn müsibətləri özündən, öz nəfsindən bilməsi imanının kamilliyinin göstəricisidir. Belə ki, Cənabi-Allah Qurani-Kərimdə: “Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir.”(“Nisa” surəsi, 4/79), “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır!” (“Şura” surəsi, 42/30) kimi ayələrlə bu məsələni diqqətə çatdırmışdı.
  • Bu həqiqət iradəni inkar etmə mənasına gəlmir. “Meyelan” və “meyelandakı təsərrüf” “Bərabər olan iki şeyin ortasında dayanıb bir tərəfə (mənfi və ya müsbət) meyil etmək” deməkdir.
  • Dünya villalarına müqabil bilavasitə Allah tərəfinfən verilən “cənnət villaları”... Huri, qılman, şubban, inci dənələri kimi saçılan övladları ilə... nöqsanı olmayan, əbədi, bitib-tükənməyən, qocalıqla ürəyinizi sıxmayan, ölümlə sizi nigarançılığa salmayan... sonsuz bir həyat.... Axirət Onun əbədiyyətinin bir kölgəsidir...
  • Gözünü əbədiyyətə dikən insanların hər əməli əsl qayəyə müvafiq olmalıdır. Biz – yolumuz etibarilə, həqiqi mömin olma arzusu etibarilə və səhabə yolunu seçməyimiz etibarilə - adanmışlıq prinsipinə sadiq qalmalıyıq...
  • Etdiyimiz bütün xeyirxah əməllərə müqabil adanmışlıq və təmənnasızlıq... Dünyanın rəngini, naxışını dəyişdirsək də, göy sakinlərinə yeni bir sima ilə təqdim etsək də, mələkləri belə heyrətə gətirsək, onlara “Biz buna bacara bilməzdik” dedirtsək də... müqabilində heç bir təmənna ummamalıyıq!
  • Teymurləngin Seyyidi-Şərif Cürcani və Taftəzani kimi iki nəhəng simanı öz tərəfinə çəkməsi bəlkə də İldırım Bəyazıdın talesizliyi idi. Xalq bu iki zatı görüb: “Deyəsən bu ləngdə nəsə var!” deyirdi. Halbuki Ləng münafiqlik oyununu oynayırdı. Özünü müsəlman kimi göstərir, İslamın sərkarlarını öz tərəfinə çəkir və beləcə bütün qəbilə və tayfalar ona qoşulurdular. Bu hadisə İstanbulun fəthini düz yarım əsr gecikdirmişdir. İstanbulun fəthi düz yarım əsr geçikir.
  • Əgər insan gördüyü xeyir əməlləri “Mən də bu “Hizmət”in içində olum, məsələn, filan miniyim olsun!” düşüncəsilə edərsə, ona mükafatı dünyada verilər, axirətdə isə əli boş qalar.
  • Ömər ibn Əbdüləziz “Əgər mən xalqın orta və ya aşağı təbəqəsinə mənsub insanlarından daha rifah həyat yaşayıramsa, əməllərim hədər olar” düşüncəsinə sadiq ömür sürmüşdür.
  • Əgər millətə xidmət edənlər bu ruhun, bu mənanın, bu fəlsəfənin, bu dünyagörüşünün, Quranın bu tərz yanaşmasının və bu tərz müsəlmanlığın təmsilçisi olmasalar, onlar əsl zalım, əsl münafiqdirlər! Məsciddə, aranızda belə olsalar, onlar münafiqdirlər! Şayəd onlara inanırsınızsa, Allah bundan hesaba çəkər! Münafiq əməllərini görüb susanları da Allah hesaba çəkər! Ağzını açmayan dilsiz şeytanları da Allah hesaba çəkər! Allah hesaba çəksin onları!..
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.