413-cü nəğmə: “Sınıq qəlblər və sağlam körpülər”

413-cü nəğmə: “Sınıq qəlblər və sağlam körpülər”

Əziz dostlar, möhtərəm Fəthullah Gülən Xocaəfəndi Cənabi-Allahın insanın boy-buxununa, geyim-keciminə, üz gözəlliyinə deyil, qəlbinə, xüsusilə də məhzun, mükəddər (kədərli) və sınıq qəlbə nəzər yetirdiyini, belə insanlara məiyyət (ilahi yaxınlıq) şərəfi vəd etdiyini söylədi və:

اَنَا عِنْدَ الْمُنْكَسِرَةِ قُلُوبُهُمْ مِنْ اَجْلِي
"Mən, Məndən ötrü qəlbi sınanlarla birlikdəyəm” kəlamını izah etdi.

Əziz Fəthullah Gülən Xocaəfəndi başqaları necə davranır-davransın, Hizmət ərənlərinin əlaqə, münasibət və dostluq körpülərini dağıtmamaq üçün çox əmək sərf etməsi lazım gəldiyini vurğuladı. Möminlərin ilk növbədə Allahla (cəllə cəlaluhu) sonra da İnsanlığın İftixarı Peyğəmbərimizlə (sallallahu aleyhi vəsəlləm) irtibatına, üstəlik inananlar arasındakı qardaşlıq bağlarına və digər insanlarla rəftarına diqqət etməsi lazım gəldiyini söylədi. Daha sonra da bünövrəsində bu əlaqələrin dayandığı körpüləri möhkəmləndirməyin zəruriliyini izah etdi.

O cümlədən, Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) bu mübarək kəlamını da şərh etdi:

أَحْبِبْ حَبِيبَكَ هَوْنًا مَا عَسَى أَنْ يَكُونَ بَغِيضَكَ يَوْمًا مَا

وَأَبْغِضْ بَغِيضَكَ هَوْنًا مَا عَسَى أَنْ يَكُونَ حَبِيبَكَ يَوْمًا مَا

“Sevgidə həddini aşma, bəlkə bir gün o, nifrət hislərinin oyanmasına səbəb olar. Kin və nifrət hislərini oyadana qarşı da həddini aşma, nə bilmək olar, bəlkə bir gün səndə ona qarşı məhəbbət hisləri oyanar”

Hörmətlə...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.