434-cü nəğmə: “Bir icaz hecələməsi”

434-cü nəğmə: Bir icaz hecələməsi

Əziz dostlar, bildiyiniz kimi möhtərəm Fəthullah Gülən Xocaəfəndinin yeni bir kitabı daha işıq üzü görüb.

Müəllif “Bir icaz hecələməsi” kitabında Quranın möhtəşəm bəlağəti və icazı... İlahi Kəlamda mömin, kafir və münafiqlərin xarakteristik xüsusiyyətləri... ayələrdə seçilən kəlmələr, onların mənaları, hərflərin zahiri və batini mənaları... ayə və kəlmələrin ahəngdarlığı... kimi mövzuları “Bəqərə” surəsinin ilk iyirmi beş ayəsinə əsaslanaraq izah edir.

Bu söhbət məclisində möhtərəm Xocaəfəndiyə 70-ci illərdə əvvəlcə məsciddə başlayan sonra bir qrup ilahiyyatçı tələbələrlə davam etdirilən və sözügedən kitabın ərsəyə gəlməsinə vəsilən olan dərslərin mahiyyətinə, onun dərsə necə hazırlandığına, o dövrün şərtlərinə dair suallar verdik.

Möhtərəm Fəthullah Gülən Xocaəfəndinin “Bir icaz hecələməsi” kitabının xeyirlərə vəsilə olmasını diləyir, Cənabi-Allahdan Quranin sirlərinə vaqif olmağı diləyirik.

Hörmətlə...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.