412-ci nəğmə: ““Daha yoxmu?” axtarışı və cənnətin mömin həsrəti”

412-ci nəğmə: ““Daha yoxmu?” axtarışı və cənnətin mömin həsrəti”

  • Bir məsələnin dərindən duyulması o məsələdə israr etməkdən asılıdır. Bunu Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) bir mübarək kəlamı ilə əlaqələndirmək də mümkündür: “Allahın dərgahında ən məqbul əməl, ən fəzilətli ibadət az da olsa mütəmadi olandır”.
  • Düşüncə, inanc və fəaliyyətdə əldə edilən nailiyyətləri ancaq hər gün ona yeni nailiyyətlər calayaraq qorumaq mümkündür. Bu işin ruhu, canı “namütənahiyə aparan yol namütənahidir” deyib “həl min məzid (daha yoxmu?)” düşüncəsi ilə dayanmadan irəliyə getmək, heç bir şeylə kifayətlənməmək və daim hərəkətdə olmaqdır. Əslində “həl min məzid” sözü Quranda cəhənnəmin ifadəsi kimi təqdim olunur. Cəhənnəmə nə qədər ins-cin atılsa da, o, doymayacaq və “Daha yoxmu?” deyəcəkdir. Həzrəti Ustad Xaliqini axtaran səyyahdan bəhs edən “Ayətül-kübra” risaələsində bu ifadəyə fərqli bir yanaşması var. Əsərdə mütəfəkkir səyyah kainat kitabının hər bir səhifəsini oxuduqca imanı möhkəmlənir, mərifəti artır və ondakı imanı-billah həqiqəti bir o qədər inkişaf edir. Kainat kitabının göy və yer səhifələrini nə qədər çox oxusa da doymur. Məsələn, dənizlərin, çayların zikrini dinləyir və elə hey “həl min məzid!” deyir. Bəli, vacib olan “həl min məzid” deyən bu səyyah kimi olmaqdır. O dərəcədə dərin və ətalətdən uzaq bir mömin olmaq lazımdır ki, Peyğəmbər məclisinə iştirak, hətta Cənabi-Haqqın camalını müşahidə etsə belə “Daha yoxmu?” deməlidir.
  • Cəhənnəm ömür boyu günah işləyən, xətalardan yaxasını çəkən bilməyən günah yolunun yolçularını böyük həvəslə gözləyir. Bəziləri üzüqoylu, bəziləri sürünə-sürünə cəhənnəmə atılacaq, ancaq o, yenə də “Daha yoxmu?” deyəcəkdir. Cənnət də “həl min məzid” deyəcək. Cənnət də həmçinin həqiqi möminlərin həsrətini çəkir.
  • Necə ki bir şər başqa bir şəri doğurursa, eləcə də bir xeyir başqa bir xeyri doğurur. Sizin xəbəriniz olmaz, amma çox diqqətlə qıldığınız namaz sizdə zəkat vermə hissini doğurar. Ehtiyac içində olan bir adamı görən kimi cuşa gəlib dərhal sədəqə vermək istəyərsiniz. Əksər hallarda bundan xəbəriniz olmaz, amma kamil surətdə edilən bir ibadət bir başqa ibadətin qapılarını üzünüzə açar.
  • Həzrəti Pir deyir: “Hər bir günahın içində küfrə gedən yol vardır”. Demək, insan bir günah işləyəndə o günah başqa bir günahı doğurur. Cənabi-Allah: “Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır (ona görə inanmırlar).” (“Mutaffifin” surəsi, 83/14) buyurmuşdur. Allah Rəsulu isə: “Hər bir günah qəlbdə qara bir nöqtə, bir ləkədir. Əgər insan tövbə edər, əfv dilərsə, qəlbi təkrar parlar. Bir də günah işlərsə ləkə böyüyüb qəlbi bürüyər. Quranda Allahın buyurduğu “ranə” budur” hədisi ilə yuxarıdakı ilahi kəlamı və bu kəlamda keçən “ranə” sözünü izah etmişdir.
  • Bəli, hər bir günah başqa bir günahı doğurar. Məsələn, oğruluq bir günahdır. Bəsirətli hərəkət edib Peyğəmbərimizin bu məsələ haqqındakı tövsiyələrinə əməl etsə, qəlbindəki ləkəni silsə, bu əməlin növbəti bir günahı doğurmasına yol verməsə, bir mənada yarı yoldan dönmüş və arınmış olacaqdır. Əksinə onu oğurluqla ittiham edən insanlar haqda qeybət etmək, onlara böhtan ataraq, onları qaralayaraq öz qara ləkələrinin üstünü örtmək istəsə, bu bir günah başqa günahlar doğuracaqdır. Xalqın etibarını təkrar qazanmaq, nəfs və təkəbbür ibidəsini ucaltmaq üçün başqa günahlara baş vuracaqdır. Ancaq, bəziləri kimi, mərdanə tövbə edib peşman olsa... belə ki, “makara bakara” deyən bir jurnalist “Təəssüf ki, bu sözləri demişəm. Xalqımdan üzr istəyirəm!” dedi. Şübhəsiz bu bir günahdır. Xalqdan üzr istəməklə - bu, Quranı təhqirdir və küfrə tərəf atılan bir addımdır - günah silinməz. Ancaq bu hərəkətin özü bir mərdlikdir, ən azı xalqa qarşı bir alicənablıqdır.
  • İnsanlığın İftixarı (sallallahu aleyhi vəsəlləm) buyurur: “Üç xüsusiyyət kimdə varsa o, imanın dadını alar: Allahı və Onun Elçisini hər şey və hər kəsdən çox sevmək... sevdiyi insanı ancaq Allah rizası üçün sevmək... və Allahın izni ilə küfrdən qurtulduqdan sonra təkarar küfrə girməyi oda atılmaqdan daha betər görmək.”
  • Bir gün Həzrəti Ömər (radiyallahu anh): “Ya Rəsulallah! Səni nəfsimdən sonra hər şeydən daha çox sevirəm!” deyir. Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) oun əlindən tutar və: “Məni nəfsindən/canından çox sevməsən, kamil imana çatmazsan, ey Ömər!” buyurar. Həzrəti Ömər dərhal: “Səni canımdan çox sevirəm, ya Rəsulallahh!” deyər. Bunu eşidən Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm): “Bax indi oldu” buyurar.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.