414-cü nəğmə: “Haqqa adanmış ruhlar”

414-cü nəğmə: “Haqqa adanmış ruhlar”

  • İsteğna (göz-könül toxluğu) və təmənnasızlıq Peyğəmbərlik yolunun şüarıdır; insanların qurtuluşu naminə öz həyatından güzəştə gedib hər gün ölüb dirilmək, daim çalışıb-çabalamaq, dayanmadan irəliyə getmək, zəhmət çəkib məşəqqətlərə sinə gərmək və buna baxmayaraq müqabilində heç bir əvəz istəməmək irşad yolunun xüsusiyyətləridir. Belə ki, Həzrəti Nuh, Həzrəti Hud, Həzrəti Saleh, Həzrəti Lut və Həzrəti Şüeybin (Peyğəmbərimizə və bütün peyğəmbərlərə salam olsun) dilindən: “Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (“Şuəra” surəsi, 26/109) sözü heç vaxt düşməmişdir.
  • “Yasin” surəsində adı keçən Həbibi-Nəccarın dili ilə: “Sizdən (haqqa dəvət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!” (“Yasin” surəsi, 36/21) irşad ərənlərinin sözügedən xüsusiyyəti diqqətə çatdırılmışdır. Burada Həbibi-Nəccar kamil rəhbərlərin iki bariz xüsusiyyətini vurğulayaraq bu insanların əməyi müqabilində əvəz/mükafat ummadıqlarını və doğru yolda olduqlarını nəzərə çatdırmışdır. Düzü bu iki xüsusitə malik olmayan insanın başqasına hidayət yolunu göstərməsi mümkünsüzdür.
  • Su ol, ax məcranda, içməyən qoy, içməsin! Günəş ol, şualarınla oxşa başlarını, faydalanmayan qoy, faydalanmasın. Ağac ol, ətrafa kölgə sal, kölgəyə sığınmayanlar qoy, sığınmasın! Meyvəli ağac ol yeməyən qoy, yeməsin, dərməyən qoy, dərməsin! Bülbül ol, gülə nəğmələr söylə, eybi yoxdur, qoy, yağından başqları istifadə etsin!
  • Bir Haq dostu vəcd içində təsbeh çəkir: subhanallah, əlhəmdulillah, Allahu əkbər... Zikir əsnasında kainatın zərrələrinin də onunla birlikdə zikr etdiyini duyur. Bir ara yanında oturan şagirdi yadına düşür. O da eşitsin deyə səsini yüksəldir. Bir də görür ki, bir muncuq istisna olmaqla təsbeh ışıq saçır, par-par parlayır. Bir muncuq dənəsi isə gözünə qapqara, qupquru, kömür kimi görünür. Buna mat-məəttəl qalan həzrət qeybdən bir səs eşidir: “Ulduz kimi alışıb-yananlar sırf Allah rizası üçün çəkdiyin muncuqlardır. Qarası isə “eşitsinlər, görsünlər, desinlər” düşüncəsilə nurunu sondürdüyün muncuqdur.”
  • Qəlblərə gedən yol yumşaq sözdən keçir. Allah-taala Həzrəti Musa və Həzrəti Harunu (əleyhissalam) fironun yanına yollayanda belə: “Ona yumşaq söz söyləyin, bəlkə düşünər və əməlindən əl çəkər” (“Taha” surəsi, 20/44) buyurmuşdur.
  • Aşiq Rüxsəti deyir:

    “Bir vaxta ərdi ki, bizim günümüz,
    İgid bəlli deyil, mərd bəlli deyil;
    Hər kəs yarasına dərman arıyor,
    Dəva bəlli deyil, dərd bəlli deyil.”


    Belə bir dövrdə bizim vəzifəmiz imkan daxilində qaranlıq hər künc bucaqda bir şam yandırmaqdır.

  • Hədisi-şərifdə buyurulur:
    “Başı aşağı olanı Allah yüksəldər, təkəbbürlənəni də yerin dibinə batırar”.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.