"Qızıl Nəsil" Konfransı

  • "Qızıl Nəsil"; bütün mütəfəkkirlərin təsəvvür edib təsvir etməyə çalışdıqları ideal sistemi həyata keçirə biləcək, zaman dilimlərinə ali vəsflər verə biləcək bir nəsildir.
  • İnsanlar vəsflərinə görə dəyərləndirilir. Mövzu ilə əlaqəli, "Hər doğulan, İslam fitrətində doğulur; sonra ana-atası onu yəhudiləşdirir, xristianlaşdırır, atəşpərəstləşdirir..." hədisi şərh edilir.
  • "Qızıl Nəsl"in vəsfləri (xarakteristikası);
    a) Məhəbbət:
    Dosta-düşmənə qarşı mürüvvətli olmaqdır.
    b) Həmlə:
    Əvvəla öz könlünü fəth etmək, sonra da başqalarını qurtarmağa çalışmaq, hərəkat insanı olmaq.
    c) Müraqibə:
    İnsanın daim özünə nəzarət edib, hesaba çəkməsi.
  • Peyğəmbər Əfəndimiz (s.ə.s.) öhdəsinə düşən vəzifəni vəzifənin böyüklüyünə uyğun ölçüdə yerinə yetirmişdir. Elə bir nəsil yetişdirmişdir ki, biz əsl "Qızıl Nəsl"i Səadət Əsrində görürük.
  • Qızıl Nəsil öz nümunələrini öz içindən çıxarmışdır: Daim böyüyən dostluq, qardaşlıq, birlik... Bu, əsrlərlə belə davam etmiş, bütün mədəniyyətlər bu vəhdət üzərinə qurulmuşdur.
  • Yərmuk müharibəsində İbn Hişamın dostluq uğrunda başına gələn qeyri-adi hadisələr...
  • Məhəbbət elə əhəmiyyətlidir ki, Allah (c.c.) xilaskar nəsli təsvir edərkən: "Ey iman edənlər! Sizdən hər kim dinindən dönsə dönsün: Allah onların yerinə elə bir birlik gətirəcək ki, Allah onları sevər, onlar Allahı sevərlər..." (Maidə, 54) deyərək məhəbbət sifətini xüsusi vurğulayır.
  • Çilə şirin şeydir. Çilə çəkməyənlər zənn edirlər ki, çilə çəkən izdirab içindədir.
  • Hz. Bilalı "Allah birdir" dediyi üçün isti quma uzadıb üstünə özündən ağır daş qoydular. Amma onun dodaqlarından süzülən yeganə kəlimə "Əhad, Əhad" idi.
  • Hər şeyin bir ədəb-ərkanı var. Həmçinin çilənin də. Çilənin ədəb-ərkanı çəkdiklərini heç kəsə söyləməməkdir.
  • Müsəlman olduğuna görə işgəncəyə məruz qalan Yasir ailəsinin acı taleyindən bəhs edərkən Allah Rəsulunun səbir tövsiyəsi...
  • Möminin çiləsi içdədir və o qədər müqəddəsdir ki, çilənin mənasını dərk edən onu dünyanın heç bir zövqü-səfasına dəyişməz.
  • Romalılara əsir düşən Abdullan ibn Hüzafətüs-Səhminin hər cür işgəncəyə məruz qalmasına baxmayaraq, dinindən dönməyib, amalı uğrunda çilə çəkməyi dünya nemətlərindən tutması...
  • Sultan Mehmet böyük bir fatehdir. İstanbulu fəth etmişdir, lakin onun İstanbuldan daha böyük bir fəthi var.
  • Fateh barmaqlarını kəsdirdiyi Memar Sinan Atik qarşısında məhkəmə önündə öz əlinin kəsilməsini qəbul etdiyi zaman əsl Fatehdir. Bu fəth İstanbulun fəthindən daha böyükdür.
  • Daxili və xarici fəthi tam mənada yenə də Səadət Əsrinin "Qızıl Nəsl"ində görürük. Uhud müharibəsində yaralanan Ubeydə ibn Harisin döyüş meydanında deyil, evində can verərsə, şəhid olub-olmayacağını soruşması...
  • "İki göz var ki, Cəhənnəmi görməz...." hədisi ilə əlaqəli Allah qorxusundan ağlayan göz və sərhəddə keşik çəkən göz haqqında orijinal şərh...
  • Qızıl Nəsil əvvəla özünü hesaba çəkəcək. Mövzu ilə əlaqəli Əfəndimizin: "Hesaba çəkilmədən əvvəl nəfsinizi hesaba çəkin" hədisi şərh olunur...

Bu dosyeni yükləmək üçün sıxın...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.