1986 Merac Qəndili Vəzi

Bu bölmədə Fəthullah Gülən Xoca Əfəndinin 6 Aprel 1986-cu ildə İstanbul Böyük Çamlıca Məscidində Merac Qəndili münasibəti ilə verdiyi vəzi dinləyə bilərsiniz.

6 Aprel 1986, İstanbul Böyük Çamlıca Məscidi

  • Cənabi-Allah (c.c.) Peyğəmbər Əfəndimizi (s.ə.s.) təsvir edərkən "qul və elçi" ifadəsini işlədərək Onun qul sifətini nəzərə çarpdırır.
  • Vəfatından on dörd əsr keçməsinə baxmayaraq, Əfəndimiz (s.ə.s.) hələ də qəlblərimizdə dibdiri və canlıdır.
  • Allah Rəsulunun (s.ə.s.) on dörd əsr əvvəl "qardaşlarım" deyə göndərdiyi salam və bu talelilərin missiyası…
  • İslamda məbədin əhəmiyyət və funksiyası…
  • İyirminci əsrə qədər İslam aləminin keçirdiyi təbəddülat və hadisələr.. öz dəyərlərindən uzaqlaşan nəsillər…
  • Təəssübkeşliyi buraxan Qərb aləmi Qurani-Kərimi tədqiq etmə ehtiyacını duymağa başladı. Əgər şüurlu bir İslam aləmi olsa idi, illər öncə axın-axın İslama girənlər olacaqdı.
  • Bu gün Qurana və Rəsulullaha könül vermiş yüzlərlə, minlərlə sevdalıları görüncə, insan gələcəyə ümidlə baxır, yenidən gül dövrünün yaşanacağı hissinə qapılır.
  • Haqq yolunda çətinlik və iztirabın ən böyüyünü ilk dəfə İslamı çiyinlərində yüksəldənlər çəkmişlər. Dəyişən heç nə olmadı.. əziyyət və iztirabın ən böyüyü yenə də Onun əmanətini daşıyanların çiyinlərinə düşür.
  • Cəmiyyətdə mənəvi tənəzzül və pozulmalar olmadığı müddətdə Allah bir qövmü dəyişdirməz.
  • Gələcək üçün maddi-mənəvi təmənnası olmayan bu günün nəsli qiyamətə qədər Əfəndimizin (s.ə.s.) əmanətinin qoruyucusu və sonuna qədər də bu əmanəti qorumaq əzmindədirlər.
  • Allahın Elçisinin (s.ə.s.) eşqi ilə yanan bir könlün rövzəyə varanda keçirdiyi hiss və əhdü-peymanı…
  • Meracda O (s.ə.s.), bütün gözqamaşdırıcı aləmləri pərdə-pərdə aşdı, Cəbrayılın belə: "Mən bir addım atsam, yanaram", -dediyi məkanları keçdi və tamamilə fərqli bir aləmə çatdı. Lakin bu qədər cazibədar nemətlər arasından ümmətini də o aləmlərə apara bilmək üçün geri qayıtdı.
  • Səmimiyyətlə qalxan əllər arasında ürəyi qəmli və kədərli bir insanın səmimi yalvarışı…
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.