Peyğəmbərlərin göndəriliş qayələri

3 Fevral 1989, İstanbul Üsküdar Validə Sultan Məscidi

  • Həssən b. Sabitin "Mən sözlərimlə Məhəmmədi mədh etdim ki, Onun mübarək ismi misralarımın arasında olduğu üçün kəlimələri gözəlləşdirsin" mənasındakı şeiri…
  • Ona (s.ə.s) Peyğəmbərlər Peyğəmbəri deyilməsində heç bir qəbahət yoxdur.
  • Peyğəmbərlər (s.ə.s.) bizlər kimi adi insanlar deyildirlər.
  • Ənbiyayi-İzam Allaha (c.c.) qulluq yollarını göstərmək üçün göndərilmişlər.
  • Həzrəti Muhamməd (s.ə.s.) cin tayfasının də peyğəmbəridir. Onun (s.ə.s.) həyatında bunu təsdiq edən bir hadisə…
  • Ənbiyayi-İzamın ikinci vəzifəsi Allahın əmr və qadağalarını təbliğ etməkdir. Peyğəmbərimiz (s.ə.s.) bezmədən, usanmadan Peyğəmbərlik vəzifəsini yerinə yetirmişdir.
  • Rəsuli-Əkrəm (s.ə.s.) təbliğ vəzifəsi üçün getdiyi Taif səfərində nə qadər pis münasibət görsə də Taifdəkiləri bağışlamış və onlara əzab gəlməməsi üçün Allaha yalvarmışdı.
  • Ninovalı xristian bir kölə olan Addasın müsəlman olması…
  • Allah Rəsulu (s.ə.s.) Həcci-Əkbərdə Əshabına ünvanladığı: "Təbliğ etmə vəzifəmi yerinə yetirdimmi?" sualına onların yekdilliklə: "Bəli" deməsindən sonra "Allahım, Sən də buna şahid ol" sözləri ilə təbliğ həyatını sona çatdırırdı.
  • Ənbiyayi-İzamın digər bir vəzifələri isə insanlara gözəl örnək olmaqdır.
  • Səhabeyi-Kiram Peyğəmbərimizə (s.ə.s.) qeyd-şərtsiz itaət etdilər və son dərəcə həssaslıqla haqq və ədalət içində yaşadılar. Allah da onlara dünyanın dörd bir guşəsində müvəffəqiyyətlər ehsan etdi.
  • Fəth edilən Qüdsün açarlarını təhvil almaq, köləsi ilə dəvəsinə növbələşərək minən və xirqəsində on dörd şərəf əlaməti (yamaq) olan Həzrəti Ömərə (r.a.) nəsib olmuşdu.
  • Ənbiyayi-İzamın (əleyhimussalam) digər bir vəzifəsi isə dünya və axirət tarazlığını təmin etməkdir.
  • Həzrəti Əbu Bəkrin (r.a.) iftar vaxtı ona bir stəkan soyuq su verilməsi müqabilində "Dünya nemətləri altında qalıb əzilən və dünyanın təhdid etdiyi bir insan olma" ehtimalı ilə narahatçılıq keçirməsi…

Bu dosyeni yükləmək üçün sıxın...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2022 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.