Fəthullah Gülən Xocaəfəndi Bingöl şəhidlərinin yaxınlarına başsağlığı verdi

Fəthullah Gülən Xocaəfəndi Bingöl şəhidlərinin yaxınlarına başsağlığı verdi

Bir kabusa dönüb vətənimizin əmin-amanlığı və ümidlərinin üstünə çökən terror aktları elə gün olmur ki, bizi kədərə qərq etməsin.

Bir gün əvvəl polislər, dünən hərbi hissələrinə göndərilən və xəstəxanadan qayıdan silahsız və məsum əsgərlər... Birliyimizi pozmaqdan başqa bir məqsədə xidmət etməyən terror təşkilatını, ona gizlin dəstək verən xarici gücləri və o cümlədən ordunun böyük əzm və fədakarlıqla apardığı mübarizəni heç eləmək və əhval-ruhiyyəsini pozmaq üçün əlindən gələni əsigəməyənləri Allaha həvalə etməkdən başqa əlacımız yoxdur.

Hər tərəfdən mühasirəyə alındığımız belə bir vaxtda çox tədbirli və təmkinli hərəkət etməli, bu məsələnin həlli üçün duanın gücünə sığınmalı, hər fürsətdə ürəyimizi Uca Dərgaha açıb "Allahım, xalqımızın birliyini, sülh və əmin-amanlığımızı təmin et" deməliyik.

Bu xain hücumda şəhid olan vətən övladlarına Cənabi-Allahdan rəhmət, yaralı əsgərlərimizə şəfa, şəhid ailələrinə və övlad itkisi ilə iztirab çəkən silahlı qüvvələrin komandirlərinə başsağlığı diləyirəm.

Fəthullah Gülən

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.