Xocaəfəndi Liviyada baş verən terror hadisəsini lənətlədi

Xocaəfəndi Liviyada baş verən terror hadisəsini lənətlədi: Zorakılıqla deyil, dinc yollarla münasibət bildirilməlidir.

Fəthullah Gülən Xocaəfəndi ABŞ-ın Liviyadakı səfirliyinə edilən hücumla bağlı başsağlığı verdi. ABŞ qəzetlərində yayımlanan başsağlığında Xocaəfəndi hər cür terroru lənətlədi:

"Amerika Birləşmiş Ştatlarının Benqazidəki Liviya Konsulluğuna edilən hücumda səfir Kristofer Stivns (Christopher Stevens) və səfirliyin üç əməkdaşının qətlə yetirildiyini öyrəndim. ABŞ-ı Liviyada təmsil edən, eyni zamanda bu ölkənin qonağı sayılan səfirlərə edilən hücumu şiddətlə qınayır və baiskarı kim olur-olsun bütün hər cür terroru lənətləyirəm. Qahirə və Yəməndə zorakılıqla müşayiət olunan etiraz aksiyaları ilə bağlı xatırlatmaq istəyirəm ki, uzunmüddətli müsbət dəyişikliklər ancaq sülh və dialoqla mümkündür. Günahsız insanlara qarşı törədilən zorakılıq əldə bayraq edilən İslamın ruhuna xəyanətdir. Müsəlmanlar münasibətini dinin izzətinə müvafiq tərzdə sülh və sükunət içində dinc yollarla bildirməlidir. Hadisədə ölənlərin yaxınlarına, Amerika xalqına, xüsüsən də ABŞ-ın xarici işlər naziri cənab Hillari Klintona başsağlığı verirəm. Yaralılara şəfa diləyir və ağrı-acılarını bölüşürəm."