Xocaəfəndi şəhidlərin yaxınlarına başsağlığı verdi

Fəthullah Gülən Xocaəfəndi şəhid olan 24 hərbiçinin yaxınlarına başsağlığı verdi.

"Vətən övladının Guroymaq və Çuxurcada baş verən terror hadisəsində yaralanıb şəhid olması xəbərləri ürəyimizə od saldı. Bu qədər təəssüf doğuran hadisələrə və kəşfiyyatçıların səylərinə baxmayaraq lazımi tədbirin görülməməsi nəticəsində edilən hücumlar qaranlıq “oyun”ların bu torpaqlarda “səhnəyə qoyulması”ndan başqa bir şey deyildir.

Bu üzücü terror hücumu nəticəsində axirətə köçənlərə Allah-taaladan rəhmət diləyir, yaralılara şəfa diləklərimi çatdırır, bütün millətimizə başsağlığı verirəm.

Ümid edirəm ki, terrordan çox çəkən xalqımız bu ağır günləri də mətanət və təmkinlə geridə qoyacaq.”

Fəthullah Gülən

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.