Professor Ammir Hussain
İnsan inancına necə xidmət edər?
Çağdaş İslam nöqteyi-nəzərindən Hizmət hərəkatının həyati əhəmiyyət kəsb etdiyini düşünürəm.
Mən də müsəlmanam, eyni zamanda İslam elmləri üzrə tədqiqat işləri ilə məşğul oluram. Şəxsən bu Hərəkatın üzvü olmasam da, Hizmət hərəkatının – adından da göründüyü kimi – xidmətlə məşğul olduğuna inanıram və bir müsəlman olaraq bu, mənim üçün böyük əhəmiyyət kəsb edir.
Müsəlmanlığın əsl mahiyyəti elə məhz budur: insanlara xidmət etmək, yaşatmaq üçün yaşamaq...
Qurani-Kərimə əsasən müsəlmanlar üçün birinci və ümdə prinsip tövhid inancıdır. Yəni Allahın birliyidir. İlk öncə Allahı sevməliyik. Ardınca qonşuya məhəbbət bəsləməliyik. Yaxşı bəs, müsəlman qonşusunu necə sevir? Ona xidmət göstərərək. Bu səbəbdən, Cənab Gülənin rəhbərlik etdiyi Hizmətin adi bir hərəkat olmadığını düşünürəm. Belə ki, Hərəkat təkcə müsəlmanlara deyil, xüsusilə qeyri-müsəlmanlara səslənərək: “Müsəlman belə olmalı və onun vəzifəsi budur” deyir.
Bir yezuid və katolik universitetində dərs deyirəm. Bu universitetin missiasının üçüncü bəndi belədir: “İnanca xidmət etmək və ədaləti bərqərar etmək...”
Cənab Gülən də məhz bu işi görür. Hizmət hərəkatı də eynilə bu işlə məşğuldur. Yəni “İnanca necə xidmət etmək olar?” sualına belə cavab vermək olar: “İnsanlarla ədalətli rəftar etməklə.”
Dünyanın yaxşılığı naminə mübarizə aparmaqla. Hizmət hərəkatının fəaliyyətləri də məhz bundan ibarətdir. Hərəkatın İslam dünyasında nümunəvi mövqeyə malik olduğunu düşünürəm. Onun mənə görə ən vacib cəhəti – dinlərarası dialoq və dinlərarası həmrəylik üzrə araşdırmalar aparan bir şəxs olaraq – dinlərarası dialoq sahəsindəki fəaliyyətləridir. Gördüyüm qədər Hizmətin məqsədi təkcə müsəlman Türk xalqı naminə Türkiyəni deyil, bəşəriyyət naminə bütün dünyanı yaxşılaşdırmaqdır.
Bu səbəbdən, mənə görə, Hizmətin əhəmiyyəti və digər hərəkatlardan fərqləndirən ən bariz cəhəti dinlərarası dialoqa verdiyi töhfələr və bu sahadəki fəaliyyət və layihələridir.
İkincisi də Hərəkatın təhsil sahəsinə verdiyi əhəmiyyətdir. İslam dünyasında bir sıra təcdid və dirçəliş hərəkatları müşahidə olunur və hər biri gözəl fəaliyyətlərlə məşğuldur. Bir pedaqoq olaraq, tələbələrə dərs deyən bir müəllim olaraq hesab edirəm ki, Hizmətin üstün cəhəti onun təhsilə verdiyi əhəmiyyətdir.
- tarixində yaradılmışdır.