Badd Frend Cons

Qəlbinin qapılarını hər kəsin üzünə açan Hərəkat

Badd Frend ConsHizmət hərəkatı mənəvi hislərdən ilham alan insanların əsrarəngiz bir məhərətlə dünayaya yayılmasıdır.

Hizmət sözügedən bu məsələlərdən danışıb dialoq qurmaq üçün fərqli ənənələrə mənsub insanları bir araya gətirməyə çalışır. Bu şəbəkə “Bunu hara qoymalıq?”, “Filan şeyin xərcini necə ödəyək?” kimi gündəlik adi məsələlərlə məşğul olmur. “Həyatın mənası nədir?”, “İnsanlara firavan həyat bəxş etmək üçün birlikdə hansı işlər görə bilərik?” və s. həqiqətən həyati əhəmiyyət kəsb edən məsələlərə həll yolu tapmağa çalışırlar. Fikrimcə bu fəaliyyətin kökündə də bu var.

Gülən hətəkatının boyası ilə boyanan insanlarda – qadın-kişi fərqi yoxdur – müşahidə olunan gözəl xarakter insan oğlunun mahiyyətindəki yaxşılığı göstərir. Yaşadığımız dünyada bizi ümidsizliyə sövq edən o qədər səbəb var ki... Nifrət, partiya təəsübkeşliyi, siyasət, zorakılıq və s... Buna ayaq dirəyən, bunların əleyhinə çıxan insanları görmək nə gözəldir.

Müsəlmanlarla, hətta digər dinlərə mənsub insanlarla qurduğum ünsiyyəti düşünəndə, başa düşürəm ki, dünyada əksər insanlar kimi, mən də təkcə mənə bənzəyən insanların dar əhatəsində yetişmişəm.

Kilsəyə gedərdim, kilsəyə gedən uşaqlarla oyun oynardım, onlarla birlikdə məktəbə gedərdim, buna baxmayaraq yenə də bir-birimizi kifayət qədər yaxşı tanımırdıq. Sən demə, bu fanusdan kənarda isə tamamilə xəbərsiz olduğum, son dərəcədə gözəl bir dünya varmış. Bizə başqa dinə mənsub insanların yoldan çıxdıqlarını və cəhənnəmlik olduqlarını öyrədərdilər. Əgər Həzrəti İsanı qəbul etmirsənsə, yav sənin halına! Belə olduğu halda mənim vəzifəm də cəhənnəmə getməməyin üçün sənin inancını dəyişdirməkdi. Əgər səni istəyirəmsə, səni xilas etməliyəm. Bu anlayış, qarşı tərəfin adət-ənənələrinə, keçmişinə, biliyinə zərrə hörmət etməyən bir anlayışdır.

Hizmət hərəkatı və Cənab Gülən, şübhəsiz İslami əsaslara söykənir. Qeyri-məlum bir ümumbəşəri bir dinə deyil, kökü İslamiyyətdədir. Qurandan, hədisdən, İslam ənənəsindən və mənqibələrdən misal çəkir. Həm öz-özünü hesaba çəkir, həm də bizimlə söhbət edir. Müsəlmanlara yaşadığımız dünyanın düşündüyümüzdən daha geni olduğunu göstərmək üçün rəhbərlik edir.

Niaqara vəqfinin dəvəti ilə mənsub olduğum kilisədən 18 nəfərlə Türkiyədə səfərdə olmuşam. Səfərimizdə bizə Hizmət hərəkatı üçün böyük əhəmiyyət kəsb edən təhsil fəaliyyətlərindən bəhs etdilər.

Yeri gəlmişkən, məncə Hizmət dünyada yoxsulluqla da özünəxas yollarla mübarizə aparır.

Demək istəyirəm ki, Hizmət hərəkatı fəaliyyətlərə maddi imkan təmin etməklə yanaşı, finansı həqiqətən vacib işlərə sərf edir. Üstəlik buna könüllülərlə dəstək verirlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.