Professor Bredli Hokins

Misilsiz nümunə

Professor Bredli HokinsFəthullah Gülən məndə böyük heyranlıq hissi oyandırmışdır. O, müdrik insandır və təəssüf ki, müasir dövrdə bu xüsusiyyətə nadir rast gəlmək olur.

Çox dərin biliyə malikdir və bu xüsusiyyəti onun inandığı dini mükəmməl bildiyini göstərir. Hizmətin hər kəsə faydalı olduğunu düşünürəm. Mənə görə, ən vacib faydalarından biri təhsildir. Hizmət təhsilin zəyif olduğu və ya dövlətin pul ayıra bilmədiyi, yaxud da başqa səbəblərdən imkansız olan regionlara əl uzadır. Hizmətin dünyaya yayılan təhsil fəaliyyəti, xüsusilə Orta Asyadakı təhsil fəaliyyətləri o bölgəyə böyük töhfələr verir.

O bölgənin şagirdlərinin təhsil alması və yüksək məqamlara gəlməsi üçün zəmin hazırlayır. Hizmət şagirdlərin dini ilə maraqlanmır. Onlar üçün vacib olan şagirdlərin təhsili və gələcəkdə yüksək həyat standarlarına nail olmalarıdır. Hizmət həqiqətən demokratik, təbii axarı ilə böyüyən, idarəçiliyi bir şəxsə və ya bir qrupa aid olmayan, əksəriyyətlə insanların daxili potensialını üzə çıxararaq bu enerjini bütün bəşəriyyətə həsr edən bir hərəkatdır. Dünyada buna bənzər bir fəaliyyətə rast gəlmək müşküldür. Mənə elə gəlir, Hizmətin məqsədi müsəlmanlığın mahiyyətini üzə çıxarmaqdır.

Mənə elə gəlir ki, Hizmət o prinsipləri, yəni insanın Allahın dərgahındakı dəyərini təkrar əldə etmək, o ülvi anlayışı həyata keçirmək istəyir. İslamiyyət insan-dünya münasibətlərinə dair bəşəriyyətə çox şey öyrədə bilər. Hizmət məqsədini gizlətmir, dürüst və açıq-aydın şəkildə bunu söyləyir. Hərəkat bütün siyasi partiyalardan uzaq durmağa çalışır. Bildiyiniz kimi, Hizmət indiyədək bir partiya qurmamışdır. Hizmətin məqsədi siyasəti deyil, insanı dəyişdirməkdir.

Cənab Gülənin dəfələrlə söylədiyi kimi, Hizmətin fəlsəfəsi budur: insanları dəyişdir, hər şey dəyişəcəkdir. Bu səbəbdən, düşünürəm ki, bu fəaliyyətlər hazırda gözə çarpmasa da, türk xalqını irəliyə aparacaqdır. Şübhəsiz ki, bu, çox çətin bir mərhələdir. Hizmət inkişaf edən, yeni, demokratik, iqtisadiyyatı stabil və güclü bir Türkiyənin bir parçasıdır.

Professor Bredli Hokins, Kaliforniya Ştat Universiteti / ABŞ

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.