Professor Cihad Türk

İnancın təzahürü

Həm Hizmət hərəkatı, həm də Cənab Fəthullah Gülən Xocafəndi haqqında olduqca müsbət təəssüratlarım var. Amerikalı bir müsəlman olaraq burada azlıq statusundayıq. Təəssüf ki, Ameriakada müsəlmanların mənfi imici var. Bunun səbəbi isə müsəlman olduğunu iddia edən bəzi insanların terror və bu kimi fəaliyyətlərdə adlarının hallanması və bunun media vasitəsilə bütün dünyaya yayılmasıdır.

Cənab Fəthullah Gülənin düşüncələri əsasında təsis edilən bu Hizmət hərəkatı isə amerikalı müsəlmanlar üçün yolu işıqlandıran bir məşəldir. Çünki Hizmət hərəkatı humanitar yardım fəaliyyətləri vasitəsilə xalqa xidmət göstərir, xüsusilə təhsilə və eyni zamanda dinlər və mədəniyyətlər arasında ünsiyyətə böyük əhəmiyyət verir. Amerikada azınlıqları əksər hallarda düzgün başa düşmürlər. Baxmayaraq ki, dünyada müsəlmanların – medianın bunda böyük rolu var – mənfi imici var Hizmət hərəkatı və Fəthullah Gülən müsəlmanların bilavasitəsi səsini dünyaya çatdırmaq, özünü tanıtmaq üçün zəmin hazırlayırlar. Biz bu fəaliyyətdən olduqca fayda görürük. Cənab Fəthullah Gülənin rəhbərlik etdiyi Hizmət hərəkatı müasir müsəlman mədəniyyətinə böyük töhfələr verir.

Hərəkat dünyanın islahı naminə müsəlmanları təhsilə, maarifə təşviq edir. Çalışır ki, mədəni mübadilələrdə müsəlmanlar özlərini düzgün və istənilən səviyyədə tanıda bilsinlər.

Hizmət hərəkatı müsəlmanlara humanitar yardım vasitəsilə cəmiyyətə xidmət göstərməyin yollarını öyrədir və yeni imkanlar təqdim edir. Bu, Məhəmməd ümmətinə verilən böyük bir töhfədir.

Bir elm adamı, bir İslam və İslam elmləri tarixçisi olaraq Hizmət hərəkatı və Fəthullah Gülənin İlsamiyyəti böyük uğurla təmsil etdiyini düşünürəm.

Fəthullah Gülən və Hizmət hərəkatının İslami təmsili inancın bariz təzahürü olduğunu düşünürəm.

Hizmət hərəkatının digər islami-siyasi hərəkatlardan fərqi odur ki, o, siyasi yol seçmək yerinə, İslamın dəyərlərini, ədalət anlayışını, doğruluq və bərabərlik prinsiplərini əsas götürür.

Hərəkat güc-nüfuz əldə etməyə deyil, idarəçilik məqamındakı şəxslərə məsuliyyət şüurunu aşılamağa çalışır. Bu, çox orijinal bir addımdır, əslində dünyanın bütün dini hərəkatları bu işi görməlidirlər. Quranda bir ayə keçir; mən bu ayənin əmələ keçmiş formasını Hizmət hərəkatında görürəm. Allah-taala buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.”

Professor Cihad Türk, ABŞ, Klermont Universiteti, Din elmləri fakültəsinin dekanı

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.