Con Satters
Birgəyaşayışa təşviq edirlər
Əvvəla bunu qeyd eməliyəm ki, son illərdə bu ölkə bir çox terror hadisələrinə şahid oldu. 11 Sentyabr hadisəsi bu qəbildəndir. Və Cənab Gülən İslam dünyasında ilk dəfə açıq şəkildə hadisəni pisləyən şəxs kimi tarixə keçmişdir. Həyatım Koloradoda keçib. On ildir ki, Kolorado ştatında baş prokurorluq vəzifəsində çalışıram.
Hizmət haqqında çox müsbət təəssüratlarım var. Bunun səbəbi də tanış olduğum Hizmət mənsublarıdır.
Mən Hizməti müasir dünyada müsəlmanların inkişafına çalışan bir hərəkat kimi tanıyıram. Hizmət bunun üçün təhsilə - müasir dünyada bu şərtdir - və dinlərarası diaoqa ciddi əhəmiyyət verir.
Əgər müasir dünyada nəyəsə nail olmaq istəyirsinizsə, fərqli dinə mənsub insanlarla ünsiyyət qurmalı və plüralizmin əhəmiyyətini dərk etməlisiniz.
Hərəkatın başındakı şəxs – Fəthullah Gülən haqqında olduqca müsbət fikirdəyəm. Cənab Gülən Papa ilə, Yunan Ortadoks kilsəsinin patriarxı ilə görüşmüşdür. Şübhəsiz o, bunu dinlərarası dialoqa təşviq naminə etmişdir.
Məncə hamı bu görüşə dəstək verməlidir. Dünyanın inkişafı üçün xristiyan, müsəlman və yəhudilərin razılığa gəlməsi şərtdir. Hizmət hərəkatı bunu yaxşı başa düşür.
Sülh içərisində birgəyaşayış üçün müsəlmanlarla qeyri-müsəlmanlar arasında dialoq şərtdir.
Dünyada milyonlarla xristiyan və müsəlman yaşayır. Bu insanların ünsiyyətdə olmaması gülüncdür. Birgəyaşayış və inkişaf üçün mütləq əlaqələr möhkəmlənməlidir. Hizmətin dinlərarası dialoqu müdafiə etməsi son dərəcədə vacibdir.
Bir digər məsələ isə təhsildir. Hizmət təhsildə qadın-kişi ayrıseçkiliyi etmir. Tarixdə qadınların təhsil almasının əleyhində olan İslam qrupları olmuşdur. Fəthullah Gülən və Hizmət hərəkatının qadınların təhsilinə verdiyi əhəmiyyət təqdirəşayandır.
Təhsil fəaliyyətlərini çox müsbət qiymətləndirirəm. Bəli, İslamiyyətdə təhsil təkcə kişilərə aid deyil. Hizmətdə də bu, üstünlük təşkil edir. Bu məktəblərdə qeyri-müsəlman şagirdlər də təhsil alır. Yəni məktəblərdə də ciddi şəkildə dinlərarası dialoq həyata keçir.
Bir digər mühim məsələ də, Hizmətin din öyrətmək məqsədinin olmamasıdır. Məktəblərdə ədəbiyyat, riyaziyyat və dəqiq fənlər üzrə dərs keçirilir. Dini mənsubiyyətə fərq qoymadan şagirdlər müasir dünyanın tələblərinə görə yetişdirilir.
Yardım hər bir dinin ümdə qayəsidir. Yardımı və yardımsevərliyi prioritet hesab etməyən bir din yoxdur. Hizmət mənsubları humanitar yardım, dialoq və təhsil sahələrində ixtisaslaşmış böyük təcrübəyə malik və müsəlmanların xeyrinə çalışan insanlardır.
- tarixində yaradılmışdır.