Professor Corc Eyzen
Sülh və əmin-manlığa üstünlük verirlər
Adım Corc, soyadım Eyzendir. Politologiya üzrə professoram. Universitetin Beynəlxalq Təhsil şöbəsinin müdir müavinliyi və rəhbər koordinator vəzifəsində çalışıram. Hizmət hərəkatı ilə ilk dəfə Roçesterdəki Türk Mədəniyyət mərkəzinin nümayəndələri vasitəsilə tanış olmuşam. Yanıma gəlib əməkdaşlıq təklif etmişdilər. Mənə bir beynəlxalq təhsil üzrə koordinator olaraq Türk cəmiyyəti ilə əməkdaşlıq etməyə təklif etdilər. Əcnəbi dini və ya milli qruplarla əməkdaşlıq əlaqələri qurmaq univesritetimizin missiyasıdır. Beləcə Hizmətlə tanış oldum. Türk Mədəniyyət mərkəzi ilə, dolayısilə də Hizmətlə bir müqavilə imzaladıq. Təxminə 5-6 il olar...
Cənab Gülənin fəlsəfəsi ilə tanış olmağım mənim üçün də bir yenilik idi. Bir politoloq olaraq, barəsində bir sıra sullarım vardı. Başa düşmək, suallarıma cavab tapmaq istəyirdim.
Hizmətin ən çox bəyəndiyim cəhəti təkcə dinlərarası dialoqa deyil, eyni zamanda Roçesterdəki fərqli etnik və inanca mənsub insanlarla, həmçinin qurum və təşkilatlarla da işbirliyinə hazır olmasıdır.
Hizmətdə ilk diqqətimi çəkən şey fərqli qruplara mənsub insanların sülh içərisində birgəyaşayışı müdafiə etməsi idi. Məsələn, Türk Mədəniyyət mərkəzinin Dünya Uşaq Günü şənliklərinə rəhbərlik etməsi mənim üçün təəccüblü haldı.
Universitet şəhərciyində Polşa, Makedonya, Ukrayna və s. fərqli etnik qruplara mənsub insanları dəvət edib onlarla şənlik qeyd etdilər.
Universitet olaraq biz plüralizmə böyük əhəmiyyət veririk.
Biz onlarla yaxın əlaqələrə keçdikcə, gördük ki, İslamiyyəti təmsil edərək fərqli din və təşkilatlara tolerant yanaşırlar.
Tədbirlərə təkcə din nümayəndələrini deyil, həm də müxtəlif təşkilatların rəhbərləini də dəvət edirlər. Bu, mənim Hizmətin bəyəndiyim bir digər xüsusiyyətidir.
Bu tərz, insanları bir araya gətirib ahəng içində yaşayan bir cəmiyyətin formalaşması üçün vacibdir.
Plüral bir cəmiyyətdə sülh və birgəyaşayış üçün çalışırıq. Bu sülhün bərqərar olması və bir-birimizi anlmaq üçün çox vacibdir.
Mülayim İslam hərəkatının missiyası və fəlsəfəsini elan edib bir imic formalaşdırması çox vacibdir. Bu, müasir cəmiyyətin bir digər tələbidir. Şəffaflıq çox vacibdir. Elə insanlar var ki, onları razı salmaq, inandırmaq çox çətindir.
Hizməti qavramayan, amma bundan xəbəri olmayan bir çox səmimi insan var. Bu səbəblə, kompüter əsrində bilik mübadiləsi vacibdir.
İnsan 7 gün, 24 saat kimlərləsə əlaqə qurur. Bir təhsil müəssisəsi olaraq, bizim missiyamız plüralizmi bərqərar etməkdir.
Mən türkiyəli, səudi ərəbistanlı, tunisli, əlcəzairli müsəlman tələbələrin də üzv olduğu dərnəyin qurulmasını universitetimizin bir uğuru hesab edirəm.
“Mən sənin dinini dəyişdirmək istəmirəm, əksinə ona hörmət edirəm” şüarı bizim üçün və mənə elə gəlir ki, Hizmət üçün də prioritet yanaşmadır.
- tarixində yaradılmışdır.