Professor Daniel Skubik
Fəthullah Gülən ardıcıllarına Allaha yönəlməyi öyrədir
Yoldaşımla mən Fəthullah Güləni Allahın istiqamətləndirdiyi, həmçinin Onun yolundan getməyə çalışan bir insan kimi tanıyırıq.
Allah, hamımızın qəbul edib tanıdığı, Həzrəti İbrahimin Rəbbi və fərqli dinlər vasitəsi ilə bütün bəşəriyyətə səslənən Uca Varlıqdır.
Yoldaşım və mən çalışırıq ki, buna bənzər dinlərarası dialoq fəaliyyətlərə iştirak edək, biz də öz töhfələrimizi verək. Biz Cənab Gülənin timsalında Allahın sözlərini bəşəriyyətə çatdıran bir insan kimi görürük. Gördüyümüz qədər o, - Allahın istiqamətləndirməsi ilə - nümunəvi həyatı və təlimləri ilə Əzəli və Əbədi olanı tanıtmağa çalışır. Müvəqqəti işlərdən ziyadə, üzunömürlü fəaliyyətlərə üstünlük verir. Tələbələrinə və ardıcıllarına təlim etdiyi prinsiplərin də bu minvalda olduğunu görürük. Yəni tələbə və ardıcıllarına Allaha üz tutmağı, fani deyil, Sonsuz olana üz tutmağı öyrədir.
Allahdan gəldiyi üçün hər şeyi Ona qaytarmağa, yəni hazırda Onun bizə bəxş etdiyi ərməğanları təkrar Ona təqdim etməyə yönəldir. Sizə bir az qəribə gələ bilər, ancaq yoldaşımla mənə ən çox təsir edən şey Hizmət hərəkatına mənsub insanların möhtərəmliyi və təmizliyidir.
Bu qədər təvazökarlıq, bu qədər saflıq, bu qədər cəsarət, mənə elə gəlir bizim kimi bir çox xristiyanı utandırır. Buna baxmayaraq, bizi özünə cəlb edir. Bir pedaqoq olaraq, çox obyektiv olmaya bilərəm, ancaq Hizmət hərəkatında və Cənab Gülənin fikirlərində müşahidə etdiyimiz təhsil amili çox vacib məsələ olduğunu düşünürəm. Hizmətin təhsil fəaliyyətləri bu dövrdə ən ümdə məsələlərdən biridir. Dünyanın problemlərinin həllində təhsil mühim yer tutur.
Təkcə bu günün problemlərinin deyil, təhsil, gələcək problemlərin də qarşısını ala bilər. Təhsil cavan nəslin şəxsiyyətini, ruhunu, habelə ağlı da formalaşdırır. Ancaq bir şərtlə ki, onlara aktiv düşünməyi öyrətmək lazımdır.
- tarixində yaradılmışdır.