Diana Krismen

Bəşəriyyətin gələcəyini düşünən Hərəkat

Diana KrismenAdım Diana, soyadım Krismendir. Telekomunikasiya sektoruna xidmət verən könüllü bir beynəlxalq təhsil qurumunda müdir müavini vəzifəsində çalışıram.

Hizmət hərəkatını təqdir edirəm, çünki əsasını təşkil edən xoşgörü, dialoq, dinlərarası dialoq, insana xidmət etmək, təhsil kimi prinsiplərinə səmimi qəlbdən inanıram. Bu dəyərlər ətrafında birləşən insan sayı çoxaldıqca xeyirxahlıq, yaxşılıq yolları açılır. Cənab Gülənə valehəm. Bir sıra məqalələrini oxumuşam. İlk növbədə bunu qeyd etməliyəm ki, o, dərin bir mütəfəkkir və bilicidir.

Cənab Gülən dünyanı və insanları tanımaq, anlamaq üçün böyük zəhəmətlər çəkmişdir. Məqalələri və fikirləri bu düşüncəmin açıq sübutudur. O, həqiqətən heyranlıq hisləri bəslədiyim insandır. Bəşəriyyətin gələcəyini düşünən və insanlara yardım edən Hizmət hərəkatı bir sıra sahələrdə töhfələr vermişdir. Bu qədər könüllü müəssisələri bir düşünün! Bir neçəsini ziyarət etmişəm. Bu müəssisələr heç kimə fərq qoymadan bütün insanlara xidmət edir. Mən onları alqışlayıram.

Hizmət bir çox insana təhsil imkanı verir, imkansız ailələrin uşaqlarını oxutdurur, üstəlik heç bir dini, milli ayrıseçkilik etmir. Bu təqdirəşayandır.

Mən İslamiyyəti səmimi, yardımsevər və sevgi dolu bir din kimi tanıyıram.

Hizmətin prinsipləri İslamiyyətlə qətiyyən təzad təşkil etmir, əksinə Hizmət elə İslamiyyətin özüdür. Hətta bütün dinlərin əsas dəyərləri və müasir vətəndaş dəyərləri ilə də bir sıra ortaq cəhətləri var. Hizmət yadlara hörmətlə yanaşır, əldə olanı başqaları ilə bölüşür, qeyri-müəsəlmanları da Hizmətə səsləyir və öz dəyərlərini obyektiv bir şəkildə tanıdır.

Mən Hizmət hərəkatını kökündə fikir dayanan hüzur dolu bir sosial hərəkat hesab edirəm.

Hizmət son dərəcədə müasir, olduqca tolerantlı sosial bir hərəkatdır. Kim, ya da kim olursan-ol, nəyə inanırsan inan, dinindən asılı omayaraq dialoqun çox vacib olduğunu düşünürəm. XI əsrdə, məncə, dialoq diplomatiyaya bərabərdir. XI əsrin vətəndaşı olaraq, bizim üçün hazırda ən vacib iş dialoqdur.

Dialoq bizə yeni və əhatəli bir anlayış təqdim edir. Bu anlayış sayəsində sülh, tolerantlıq və xoşgörüyə inamımız artır. Bu səbəbdən dialoq, xüsusilə də dinlərarası dialoq müasir dünyada həyati əhəmiyyət kəsb edir.

Mən inanıram ki, Hizmət hərəkatı dünya sülhünə böyük töhfələr verir.

Hizmətin dialoq, tolerantlıq və dinlərarsı dialoq kimi dəyərləri mənə görə sülhə aparan yoldur. Təhsilə verdiyi əhəmiyyət səmimi qəlbdən alqışlayıram. Təhsil bəşəriyyət üçün dönüş nöqtəsidir. Təhsil müsbət mənada böyük bir gücdür. Təhsil azadlığın bir parçasıdır.

Təhsilli şəxs özünə, ailəsinə, inancına və vətəninə qarşı məsuliyyət hissi daşıyan insandır. Hizmətin təhsilə, elm və ürfana verdiyi dəstəyə, açdığı məktəblərə və bu sahəyə verdiyi əhəmiyyətə heyranam.

Hizmət dini dəyərlərə bağlı hərəkat olsa da, açdığı məktəblərdə heç kimə ayrıseçkilik etmədən dünyəvi təhsil imkanları hazırlayır. Bu məqamda belə bir sual doğur: insan buna necə şübhə ilə baxa bilər? Burada qaranlıq qalan nə avr? Mənə görə Hərəkatın mahiyyətini qavramaq üçün məktəblərə baxmaq kifayətdir.