Professor Əbdülməcid Bilabid

Ümmətin dərdini çəkən məfkurə insanı

Professor Əbdülməcid BilabidMöhtərəm Fəthullah Gülən Xocaəfəndi ümmətin dərdini çəkən insandır. Qurani-Kərim buyurur: “İbrahim həqiqətən Haqqa yönələn, Allaha itaət edən bir rəhbər idi. O, Allaha şəriq qoşanlardan deyildi.” Bu ayədə Həzrəti İbrahimin rəhbərliyi diqqətə çatdırılır. Mənə görə, Fəthullah Gülən Xocaəfəndi də Peyğəmbərimizin və Həzrət İbrahimin yolunda gedən böyk bir şəxsiyyətdir.

Əslində Fəthullah Gülən Xocaəfəndi təkcə Türkiyə üçün deyil, İslam dünyası üçün də vacib bir alimdir. Başqa sözlə desək, o, İlsam dünyasının və ümumiyyətlə bütün bəşəriyyətin ortaq dəyəridir.

Xocaəfəndi ömrünü haqqa və həqiqətə, təbliğ və irşada həsr etmiş ümmətin dərdini çəkən bir məfkurə insanıdır.

Cənabi-Haq “Əhzab” surəsində: “Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər.” buyurulur. Xocaəfəndi bu ayəyə əməl edən bir insandır.

Həmçinin “Nur” surəsində: “O adamlar ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən (qiyamət günüdən) qorxarlar.” Ticarət və alış-verişin Allahı zikr etməkdən yayındırmadığı şəxsləri Cənabi-Haq “adam” olaraq təsvir edir. Bu ayəni əsas götürərək mən də Fəthullah Gülən Xocaəfəndiyə “əsl adam” demək istəyirəm.

Bu “adam” elmi şəxsiyyəti ilə və ortaya qoyduğu orijinal metodu ilə bizə faydalı oldu. Bir çox mözvuda ondan yararlandıq. Allaha gedən yolda onun yolunu örnək götürdük və Allahın izni ilə, örnək almağa davam edəcəyik.

Digər tərəfdən, Fəthullah Gülən Xocaəfəndi Allah yolunda cihad edən bir nəsil yetişdirdi. Mən bu ərənləri Hizmətin mücahidləri kimi görürəm. Hətta bəzən “hizmət” sözü belə onları təsvir etməkdə aciz qalır. Hizmət hərəkatı dinamiq quruluşu ilə daim bəşəriyyətə xidmət etməyə, müsəlmanları müasir mədəniyyətlər səviyyəsinə yüksəltməyə çalışır.

Mən Xocaəfəndini şəxsən tanımıram. Amerikadan göndərdiyi bir məktubla tanış oldum. Bildiyiniz kimi əvvəllər Türkiyədə yaşayırdı. Daha sonra öz xahişi ilə Amerikaya köçdü. Fəaliyyətinə oradan davam etdirir.

Onu şəxsən tanımasam da, ruhlarımızın dost olduğunu, yaxın olduğunu hiss edirəm. 2011-ci ildə İstanbulda keçirilən bir simpoziumda zeytun ağacı haqqında hazırladığım məruzəni ona ithaf etmişdim.

Mən bir müəllim, bir mürəbbi olan Xocaəfəndiyə başqa nə hədiyyə edə bilərəm ki? Bu məruzəmi ona hədiyyə etmişdim. Simpoziumdan bir neçə ay sonra Fəthullah Gülən Xocaəfəndi mənə bir məktub və imzalı bir saat göndərdi. Bu, mənim üçün indiyə qədər ən dəyərli hədiyyələrdən biridir. Çox dəyərli insandan gələn bu hədiyyəni hələ də saxlayıram.

Abdulmecid Bilabid, I Muhammed Üniversiteti, Mərakeş

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.