Fəcr Ənsari
Mənəviyyatla praktikanı birləşdirən Hərəkat
Adım Fəcri, soyadım Ənsaridir. Şimali Karolinada dünyaya gəlmişəm, sonra ailəm Nyu Yorka köçüb. Həyatımın çox hissəsi Nyu York Buffaloda keçib. Hazırda Buffaloda Mescidi-Numan adlı kiçik bir məscidin imamıyam. Mən Elijah Məhəmməd və oğlu, - o, eyni zamanda imamım olub - İmam Variddin Məhəmmədin rəhbərlik etdiyi İslam Milləti, daha sonra isə İslam Dünya Xalqları adlanan amerika müsəlman cəmiyyəti sayəsində İslamiyyəti tanımış və müəsəlmanlığı qəbul etmişəm. Eyni zamanda Buffalo Universitetinin oğlan basketbol komandasının məşqçisiyəm. Doqquz ildir ki bu işi görürəm. Universitetdə isə 33 ildir çalışıram. Bir vaxtlar orta məktəbdə də basketbol məşqçisi kimi çalışmışam.
Hizmətlə təmxinən bir il əvvəl tanış olmuşam. Ola bilsin tanıdığım, hətta valeh oldğum Hizmətə mənsub insanlar da vardı, ancaq mənin o vaxtlar bundan xəbərim yox idi. Bir təmsilçi kimi İstanbul səfərinə dəvət edildim. Bizə bələdçilik edən qrupu yaxından tanımasam da, birlikdə səyahət edik.
Ad çəkməsələr də, bu insanların bir hərəkatın mənsubları olduğunu anlamışdım.
Səfərdə müəyyən elmi araşdırmalar da apadıq. İctihad mövzusuna həsr edilmiş böyük bir konfransa qatıldıq. Sevgi və dialoq haqqında bir kitab alıb olxudum.
Dediyim kimi, yeni tanış olsam da, oxuduğum məqalə və kitablardan görürəm ki, Hizmət mənəviyyatı yüksək və səmimi bir hərəkatdır. Eyni zamanda mənəviyyatla yanaşı, burada həm də fəaliyyət gözə çarpır. Burada mənən yüksəlmək üçün təkcə İslamiyyəti araşdırıb və barəsində oxumaq deyil, həmçinin ciddi fəaliyyətlər də müşahidə edirəm.
Müsəlmanların vəzifəsi sayılan inancı əmələ keçirməyi mən Hizmətdə görürəm. Necə ki Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bütün bəşəriyyət üçün bir rəhmətdirsə, onun ardıcılları olaraq biz də dünayaya rəhmət olmalıyıq.
Gördüyüm qədər Hizmətin ən böyük töhfəsi təhsil fəaliyətləri və sərmayəni bir yerə toplayaraq bundan bəşəriyyətə xidmət naminə istifadə etməsidir.
Məsələn, Hizmət hər il ramazan ayında iftar qida paketləri paylayır. Özüm bu qida paketlərinin qablaşdırıldığı fabrikdə olmuşam. Hizmət təkcə öz millətin mənafeyini deyil, bütün insanların qayğısına qalmağa çalışır.
- tarixində yaradılmışdır.