Professor Frensis Hessenkol
Hizmət bir qeyri-hökümət hətəkatıdır
Rabitə və Teatr fakültəsində mədəniyyətlərarası əlaqələr üzrə professoram. Bu yaxınlarda “Ərəb baharı”na dair mühazirəni yekunlaşdırdım, gələn semestr eyni mövzunu davam etdirməyə fikrim var. Eyni zamanda Orta şərq üzrə tədqiqat layihəsinin koordinaturuyam. Bəzən bir məruzəçi, bəzən də bir turist kimi Türkiyəyə səfərlərim olmuşdur.
Təxminən on beş ildir ki Gülən hərəkatı ilə tanışam. Bu müddət ərzində müşahidələr apardım, Hərəkata mənsub insanlarla ünsiyyət qurdum və məndə müsbət fikir formalaşdı. Əlbəttə, elə məqamlar var ki, daha yaxşı ola bilər, bunu da inkar etmirəm. Ancaq ümumiyyətlə, universitetdə əldə etdiyim təcrübələrə və mənsub olduğum ənənəyə də isnadən, onların hissiyatına şərikəm.
Bir qədər Hərəkatın liderindən söhbət açaq. Bəli, bir mənada ona lider deyə bilərik, ancaq müşahidələrimə görə, mənə elə gəlir, Hərəkatda bir çox lider var.
Şəxsən Gülənlə tanış olmamışam. Məqalələrini və şübhəsiz barəsində həm mənfi, həm də müsbət bir sıra yazılar oxumuşam.
Gülən hərəkatının ən bariz və ən mühüm töhfəsi, şəxsən, təhsil sahəsindəki fəaliyyətlər olduğunu hesab edirəm. Bir pedaqoq olaraq, əlbəttə ən mühüm hesab etdiyim məsələ budur. Təkcə Amerika üçün deyil, bu məktəblər bütün dünya üçün vacibdir. Xüsusilə Türkiyə kimi ali məktəbə qəbulun və hazırlığın böyük məsələyə çevrildyi bir ölkədə.
Məktəblər, hazırlıq kursları Türkiyə təhsil sistemində çox mühüm rol oynayır, çünki bu təhsil ocaqları təkcə şagird yetişdirmir. Maddi imkanı olmayan, yataqxanada qalma imkanları olmayan, hazırlıq kurslarında oxumaq üçün maddi imkanı çatmayan bir çox şagird var. Bunun çox vacib bir məqam olduğunu düşünürəm.
Gülən hərəkatı təkcə Türkiyədə deyil, dünyanın başqa ölkələrində də imkansız ailələrin uşaqlarına təhsil verdiklərini müşahidə edirik. Təhsil müasir dünyanın əsas şərtidir.
Mənə görə, İslamiyyət bir həyat tərzidir. O baxımdan, Hizmət İslamiyyətin həyatda öz əksini tapmasıdır. Beləliklə Hizmət həm də bir nümunə təşkil etmiş olur.
Hizmət hərəkatı dinlərarası fəaliyyətləri ilə məni valeh edir. Bu fəaliyyətlərin bir hissəsində mən də iştirak etmişəm.
İnsan Hizmətin bir sosial hərəkat olduğunu yaddan çıxarmamalıdır. Dolayısilə bir sivil sosial Hərəkat olara mənsublarından siyasətə qoşulmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyənlər ola bilər. Hizmət birmərkəzli hərəkat olmadığına görə, dövlətdə çalışanların Hərəkat adına çıxış etməsi doğru deyil.
- tarixində yaradılmışdır.