Professor İbrahim ər-Rida

Əsasını peyğəmbər yolundan götürən bir layihə

İbrahim er-RidâFəthullah Gülən Xocaəfəndinin fikir dünyasını öyrənməyə başlayan və ərəb dilinə tərcümə edilmiş iyirmidən artıq əsərini oxuyan insan, onun mükəmməl bir layihə ortaya qoyduğunu görəcəkdir.

Onun təhbərlik etdiyi bu islah layihəsi keçmişdə, yaxın tarixdə və hazırda da mövcud olan bir çox islah hərəkatlarından fərqlənir. Fəthullah Gülən Xocaəfəndinin “Mədəniyyətimizə doğru/Kendi medeniyyetimize doğru” kitabını oxuyanda onun orijinal bir mədəniyyət təsəvvürü ortaya qoyduğunu... ictimai-mədəni sivil bir layihə irəli sürdüyünü görürük. O, bütün keçmiş islah layihələrini araşdırmışdır. Nöqsanları müəyyən etmişdir. Bəzilərinin dar məzhəb dünyagörüşünə mənsub olduğunu, bəzilərinin müəyyən kəsimləri təklədiyini, bəzilərinin də yalnız bir sahə ilə məşğul olduqlarını müşahidə etmişdir.

Və Xocaəfəndi müsəlmanların yeni bir layihəyə ehtiyacı olduğunu müəyyənləşdirmişdir. Bu layihə keçmişdən ibrət götürən, tarixə baxıb özünə dərs götürən və müxtəlif düşüncələrə hörmətlə yanaşan bir layihə olmalı idi. Elə də oldu. Bu layihə ilə, əslində, Xocaəfəndi, Ustad Bədiüzzamanın ideallarını davam etdirmişdir. Zira Ustad Bədiüzzaman həzrətləri iman əleyhinə amansız fəaliyyətlərin meydan suladığı bir dövrdə millətin imanını qurtarmaq üçün böyük zəhmətlərə sinə gərmiş və toxumlar əkib getmişdir. Ardınca, Fəthullah Gülən Xocaəfəndi isə, mənə görə, bu toxumları cücərtmiş və hər birini bir layihəyə çevirməyə vəsilə olmuşdur. Bu islah layihəsi, müşahidə etdiyimiz kimi, yalnız fikir və nəzəriyyə ilə məhdud deyil. Layihə həyata keçmiş və məktəblər, universitetlər, vəqflər, mətbuat orqanları, nəşriyyatlar, iş adamları quruluşları ərsəyə gəlmişdir. Mənə qalsa, Fəthullah Gülən Xocaəfəndi ərəb və islam dünyasında fikirlərini əmələ keçirməyi bacaran bir insadır. Bu, Xocaəfəndinin əsas xüsusiyyətlərindən biridir. O, nəzəriyyə ilə praktikanı birləşdirmişdir. Bu, hər insana nəsib olmaz. Ancaq peyğəmbər yolunda gedənlərə, vəyhin işığında yol gedənlərə, Kitab və sünnə aspektindən məsələlərə yanaşanlara nəsib olur.

Elə isə, demək mümkündür ki, Xocaəfəndinin bu layihəsi əsasını peyğəmbər yolundan götürən Rəbbani bir yoldur. Bu layihə keçmişdən ibrət götürən bir layihədir. Həyatda özünü tapan bir layihədir. Bu layihə, eyni zamanda müasir dövrün tələbatlarını da ödəyən bir layihədir. Müasirliyi bir mənada öz dünyasına görə formalaşdıran bir layihədir. Belə bir layihə ancaq və ancaq Allahın inayətinə nail olan salehlərə, haq dostlarına nəsib olur. Allah bizi bu insanların cərgəsinə alsın.

Professor İbrahim ər-Rida/Qazı İyaz Universiteti/Mərakeş

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.