Professor İra Kolbi

Sərhədləri olmayan bir Hərəkat

Professor İra KolbiSosial xidmətlər üzrə mütəxəssisəm, eyni zamanda Hyuston Universiteti (Texas) Sosial Xidmətlər fakültəsinin dekanıyam. Cənab Gülənin məqalə və kitablarını oxuduqca başa düşdüm ki, o, adi bir müsəlman deyil. O, bir dünya insanıdır. Cənab Gülən müasir qlobal cəmiyyəti yaxşılaşdırmağın, şimalda, cənubda, şərqdə, qərbdə - harada olur-olsun, fərqi yoxdur, insanları bir-birləri ilə daha möhkəm əlaqələr qurmağın mümkünlüyünə inanır.

Universitetimizdə təxminən 370 nəfər magistraturada, 40-a yaxın tələbə də doktoranturada oxuyur. Universitetin çoxlu lahiyələri var. Onlardan biri də Gülən kafedrasıdır. Bu kafedra sayəsində dinlərarası dialoq fəaliyyətləri həyata keçirir, tələbələrimizə Türkiyə səfərləri təşkil edir və qlobal cəmiyyətə dair daha əhatəli bir dünyagörüşü formalaşdırılmağa çalışırıq.

Hizmət hərəkatının fəaliyyətlərini həm sosial xidmət, həm də qlobal cəmiyyət üçün vacib hesab edirəm. Çünki müxtəlif insan və qruplarla əməkdaşlıq quraraq vətəndaş cəmiyyətin qurulmasına zəmin hazırlayır. Fərqli insanlarla birgəfəaliyyətə, onlarla ünsiyyətə zəmin hazırlayır. Təkcə bir kəsimə deyil, “bütün insanlar üçün təhsil” anlayışını mənimsəmişdir. Həmçinin bütün insanlar naminə ictimai ədaləti müdafiə edir.

Cənab Gülən çox böyük bir şəxsiyyətdir. Hyuston şəhərində dinlərarası dialoq dərnəyi qurulanadək, barəsində məlumatım yox idi. Tanıdıqdan sonra başa düşdüm ki, o, dünyanın dərdini çəkən bir insandır.

O, bütün insanların qardaş olduğunu deyir, birgəfəaliyyətlərlə bir-birinə əl uzatması lazım gəldiyini müdafiə edir, hər bir insan üçün yüksək təhsilin zəruriliyini vurğulayır, xalqı elmə təşviq etməyin vacibliyindən bəhs edir.

Səhiyyə ilə əlaqədar fikirləri də olduqca diqqətəşayandır. Hərəkatın məktəbləri, xəstəxanaları və humanitar yardım təşkilatları var. Kimsə yoxmu dərnəyi təbii fəlakətlərin baş verdiyi bölgələrdə yardım fəaliyyətləri ilə məşğul olur. Bu Hərəkatın sərhəddi yoxdur. Sərhədlər insanın bir-birini ayırmaq üçün icad etdiyi coğrafi məhdudiyyətlərdir.

Hizmət bu sərhədləri dağıdır və “Biz dünyanın vahid millətiyik” deyir. Hizmətin İslamiyyətin həqiqi mahiyyətinin, yəni həqiqi İslamın təmsilçisi olduğuna inanıram. Bu, insanlara xidmət, başqalarına əl uzatmaq, təhsilə təşviq etməkdir. Üstəlik fərqli dinə mənsub insanlarla qlobal bir dünyada əmin-amanlığın bərqərar edilməsidir.

Hizmət hərəkatına mənsub insanlar getdikləri bölgələrdə: “Mən filan hərəkatın mənsubuyam” deyə özlərini elan etmirlər. Kimdənsə “Hizmətə girsən, sənin üçün filan işi görərəm” dediyinə şahid olmamışam. Amerikalıların təbirincə “qisasa qisas” fəlsəfəsi ilə hərəkət etmirlər. “Mənim üçün filan şey etsən, mən də sənin üçün filan şey edərəm” demirlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.