Karina Korostelina

İnsanların bir-biri ilə qaynayıb-qarışmasına zəmin hazırlayırlar

Karina KorostelinaFəthullah Gülən məqalələrində "Fərqli millətlər, dini və etnik qruplar necə dialoq qura bilər?" sualına əsaslı fikirlər irəli sürür.

Sülh və xoşgörü dəyərlərini müdafiə etməsi baxımında Hizmət hərəkatını vacib hesab edirəm. Açıq desəm, Cənab Gülənin fəaliyyətləri, məqalələri və fikirləri ilə tanış olduqca ona heyranlıq duymağa başladım.

Cənab Gülənin dialoq, sülhə mane olan amillər, nifrətin mənbəyi və bunun həlli yoları və s. məsələlərə dair çox uğurlu fəaliyyətlər ortaya qoyduğunu düşünürəm.

Onun kitablarını çox bəyənirəm, barəsində məqalələr yazır və konfranslarda çıxış edirəm. Çünki Gülənin fikirlərinin qərb dünyasının nəzəri yanaşmaları ilə mükəmməl bir sintez təşkil etdiyini müşahidə edirəm. Fəthullah Gülən "Fərqli millətlər, dini və etnik qruplar necə dialoq qura bilər?" sualına əsaslı fikirlər irəli sürür.

Məsələn, Cənab Gülən dürüst fikirlərini ifadə edir. O, hər iki tərəfdə də mənfi yanaşmalar olduğunu söyləyir. Hər iki tərəfin də nifrətdən əl çəkməsi və insanları olduğu kimi qəbul etməsi lazım gəldiyini vurğulayır.

Cənab Gülən isan təbiətində sevgi, pozitiv yanaşma və xoşgörü dəyərlərinin mövcud oladuğuna inanır. Dolayısilə, onun fəaliyyətləri sülhə böyük töhfələr verir.

Cənab Fəthullah Gülənin sosial dialoq fikri məndə böyük maraq oyatmışdır. Dialoq bəzən yanlış anlaşılan bir məfhumdur. Gülən dialoq illah da razılığa gəlmək mənasına gəlmədiyini söylüyür. Dialoq müxtəlif yanaşmaları və insanların dəyərlərini öyrənmə imkanıdır.

Cənab Gülənin insanların ehtiyac və fikirlərini öyrənməyi tövsiyə edən dinin sülhə böyük töhfələr verəcəyinə inanır. Mənə elə gəlir, dünyada bütün alimlər buna qulaq verməlidir.

Çox şadam ki, qərbə aid nəzəriyyələri və Cənab Gülənin fikirlərini öyrənib sintez etmə imkanı əldə etmişəm. Bunun bir çox gözəl fikirlərin cücərməsinə zəmin hazırladığını müşahidə edirəm.

Cənab gülən "aldanmayın, dinin kökündə nifrət deyil, sevginin dayandığını görün" demək istəyir. O, "fərqli görüşləri qəbul etməyə məcbur deyilsən, əsas odur ki, fərqli görüşlərə dözümün olsun" deyir.

Fəthullah Gülən fərqli görüşə mənsub insanları tanıyıb, onlara qarşı dözümlü olmağın çox vacib olduğunu demək istəyir. Cənab Gülənin təhsil vasitəsilə xoşgörü, hər kəsə qucaq açma, fərqli görüşlərə qarşı dözümlü olma kimi dəyərləri aşılamağa çalışır.

Fəthullah Gülənin ortaya qoyduğu təhsil sistemi insanda fərqlilikləri görmə, onlara hörmətlə yanaşmağı öyrədor, sülh və sevgi hislərini aşılayır.

Karina Korostelina, Corc Mason Universitetinin əməkdaşı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.