Professor Lourens Artur Formen
Sülh, təhsil və xeyriyyə Hərəkatı
Old Dominion universitetinin sabiq əməkdaşıyam. Hazırda təqaüddəyəm. Əlli iki ildir ki xaxam vəzifəsindəyəm. Hizmət hərəkatını Old Dominion univeritetinin tələbələri vasitəsilə tanıdım və yaxın əlaqələrimiz oldu. Mənə Old Dominion universitetinin Mövlana forumu Gözəl Anlayış klubunda məsləhətçilik işini təklif etdilər. Bu, mənim üçün şərəfdi. Tələbələr mənə Hizmətdən, Hərəkatın bir mənada memarı sayılan o mükəmməl insandan – Fəthullah Güləndən bəhs etdirlər.
Şübhəsiz Hizmət, müsəlmana, yəhudiyə, xristiyana, budistə, qısaca bütün bəşəriyyətə xidmət etmək mənasına gəlir.
Hizmət hərəkatı dinlər arasında ayrıseçkilik etmir, əksinə hamının yaxşılığı üçün və kimsənin zərər görməməsi üçün çalışır.
Mən belə bir Hərəkatın mənsubu olmaqdan şərəf duyuram.
Cənab Gülən təhsilə, elmə, fəzilətə, şəffaflığa, dialoqa, insana hörmətə dair fikirləri ilə qadınlara, xüsusilə də bir az əvvəl adını çəkdiyim radikal qrupun qadınlara yaxdığı qara ləkənin silinməsində böyük rolu olmuşdur. Təəssüf ki, bu gün hələ də Nigeriyada 300-ə yaxın cavan qızı qaçıran Boko Haram kimi qruplar var.
Hizmət hərəkatı və Cənab Gülən kimi insanlar bu dəhşətli hadisələrin əleyhinə çıxır. Bu səbəbdən Cənab Fəthullah Güləni və Hizməti tam şəkildə dəsətəkləyirəm.
Old Dominion universitetində tanış olduğum Hizmətə mənsub bəzi tələbələr fizika üzrə doktorantura oxudular, müəyyən məqamlara gəldilər. Bu tələbələr zəkalı, qlobal dünyagörüşünə malik insanlardır. Maddi mənafe güdmürlər.
Hizmət insanları olduğu kimi qəbul edir. Bu yanaşma yetişdiyim mühitlə də uzlaşır.
Əmin olun ki, bu Hərəkat, məkandan asılı olmayaraq, sülh, təhsil və xeyriyyə hərəkatıdır.
Hərəkatın dünyada 140-150 məktəbi var. Mənə görə, bu məktəblər elmi, riyaziyyatı – ifadəmə görə üzr istəyirəm – Avropa dəyərlərini, kimlərinsə xeyrinə deyil, bütün bəşəriyyətin mənafeyini düşünərək inkişaf etdirən müəssisələrdir.
Cənab Gülən və ardıcıllarından öyrəndiyimə görə, həqiqi İslamiyyət yalnız bir qrup üçün deyil, bütün bəşəriyyət üçün sülh və əmin-amanlıq dinidir. Hizmət hər kəsə qucaq açan, hər kəsi bağrına basan bir hərəkatdır.
- tarixində yaradılmışdır.