Professor Lourens Gerati

Hizmət mülayim bir üslubla müzakirəyə təşviq edir

Professor Lourens GeratiFəthullah Gülənin kitabları, məqalə və fəaliyyətləri ilə tanış olduğuma görə çox məmnunam. Onunla görüşmüş, Pensilvanyada yaşadığı məkanı ziyarət etmiş və yaxından olmasa da, sosial bir hərəkatın öncüsü kimi fəaliyyətləri ilə tanış olmuşam.

Həyat tərzi, sadəliyi, səmimiyyəti, nəzakəti, haqqa olan sevgisi, xüsusilə də dinlərarası dialoq, insan hüquqları, zorakılığın əleyhinə olması, din azadlığına tərəfdarlığı məndə böyük heyranlıq hissi oyandırdı.

Çox maraqlı bir şəxsiyyətdir. Həqiqətən onu tanımağa dəyər.

Hizmət hərəkatının təqdir etdiyim bir digər fəaliyyəti də dinlərarası dialoqdur. Çünki bu fəaliyyətlərdə şəxsiyyətimi, inacımı və xüsusilə mənə qulaq asmağa, mənimlə ünsiyyət qurmağa hazır olan insanlar seçilir. Şübhəsiz, bu kateqoriyaya daxil olan insanlarla dostluq qurmaq mənim üçün də maraqlıdır.

Ümümiyyətlə, toplumun gələcək uğurlarının Hizmət hərəkatı və onun prinsiplərinə bağlı insanlardan asılı olduğunu düşünürəm.

Amerikanın vətəndaşı olaraq get-gedə qütbləşmənin yayıldığı cəmiyyətimizdə bu düşüncədəki insanlara daha çox ehtiyac var.

Siyasətçilər xalqın rifahını yaxşılaşdırmaq əvəzinə bir-birilə münaqişə aparır və beləcə heç bir işi yekunlaşdıra bilmirlər.

Hizmət hərəkatı insanları dialoqa və dinc şəkildə müzakirələr aparmağa təşviq edir. Fərqli dünyagörüşə mənsub insanlara əl uzadır və: “Gəl, inancından danış ki, mən də səndən bir şey öyrənim. Həmçinin səndə məndən...”

Beləcə toplum olaraq rifaha aparan yolları, bir-birimizlə əmin-amanlıq və sülh içində yaşamağı öyrənirik, müzakirə və dialoq sayəsində mülayim bir üslubla qabağımıza məqsəd qoyduğumuz işləri həyata keçirirməyə çalışırıq.

Hizmət hərəkatının ən bariz xüsusiyyətlərindən biri də təhsil sahəsindəki fəaliyyətləridir. Hərəkatın təhsilə əhəmiyyət verməsi çox məntiqlidir, çünki müəyyən bir yaş həddindən sonra insanların fikirlərini dəyişdirmək həqiqətən çox çətindir.

Bu səbəbdən Hizmət hərəkatının təhsilə əhəmiyyət verməsi və məktəblər sayəsində insanlara dəyərlərini ötürməsi çox ağıllı bir fikirdir.

Hizmət hərəkatının bir digər sahəsi də humanitar yardımlardır. Hizmət işıqlı bir gələcək naminə gənc nəslə təhsil verməklə yanaşı, bu hərəkatın insanlara yardım əli uzatmasını alqışlayıram.

Üstəlik bu fəaliyyətləri insanların dünyagörüşü, siyasi mənsubluğu, dini və s.-si ilə maraqlanmadan həyata keçirirlər. kimliyinə, haraya mənsub olduğuna baxmayaraq yardıma möhtac olan hər kəsə əl uzatmağa hazırdırlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.