Professor Məhəmməd Cəkib

Bu Hərəkatda İslami ruh var

Professor Məhəmməd CəkibFəthullah Gülən Xocaəfəndinin dünyasında düşüncə ilə aksiyon (əməl) bir-birinə qovuşur. Hətta əməl, davranış və fəaliyyətləri müşahidə edərək onun düşüncələrini daha yaxşı qavramaq mümkündür.

Sözügedən fəaliyyətlərin xüsusiyyətlərini, tərkibini və mahiyyətini anlamaq və ya mənsub olduğu düşüncə sistemini öyrənmək istəyənlər, ilk növbədə nəzərə almalıdırlar ki, Hizmət İslam yönümlü bir hərəkatdır. Yəni fəaliyyətdə olan qurumlarına, çalışdıqları sahələrə, qısaca düşüncəni özündə əks etdirən müəssisələrə baxanda, tamamən İslam ruhu ilə qidalanan, etibarlı və qanuni bir Hərəkat olduğunu görürük.

Bəli, elə isə bu Hərəkatda İslami ruh var. Bu dairəyə girən insan öz ruhunu kəşf edəcək, vicdanın səsinə cavab tapacaq, ruhən hüzur duyacaqdır.

İkincisi, Hərəkatın mənsub olduğu düşüncə işıqlı və nuranidir. Digər tərəfdən çağdaş, müasir bir yanaşmaya malikdir. İstənən səviyyədə həyata keçsə, həqiqi İslam və Quranın həqiqətləri ortaya çıxacaqdır.

Bundan 100, 150, 200 il əvvəl insanlara müxtəlif yollarla ümidsizlik, bədbinlik aşılanmış, İslamın, İslam düşüncəsinin müasirliklə ayaqlaşa bilməyəcəyinə dair fikir formalaşdırılmışdır. Xocaəfəndi isə fəaliyyətləri ilə bunun bu cür olmadığını sübut etmişdir. O, əksinə İslami düşüncənin yeniliyə etiraz etmədiyini, bəşəriyyətə səadət vəd etdiyini göstərmişdir.

Üçüncüsü, Xocaəfəndi dargörüşlü bir şəxsiyyət deyil. Onun düşüncə və fəaliyyətləri yalnız bir kəsimə aid deyil. Əksinə o, dəyər və idealları ilə bütün bəşəriyyətindir. Bu gün dünya qorxunun, qara qüvvələrin caynağındadır. Hizmət hərəkatı isə fərqlidir, çünki mayasında sevgi var, etibar var, sülh var, ümid var. Zənnimcə, əgər biz bu dəyəri qavrasaq, bu layihələri layiqincə anlasaq, onda həqiqətən bu böyük alimin ideallarını dərk edərik.

Professor Məhəmməd Cəkib, Şüeyb Dəqqali Universiteti / Mərakeş

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.