Ömər Kaifo
Vətən bayrağı altında
Adım Ömərdir. Amerika və Suriyə vətəndaşıyam. 1998-cil ildən ABŞ-da yaşayıram. Bizneslə məşğulam. Hizmət hərəkatı ilə üç il əvvəl tanış olmuşam.
Əvvəla Bismilləhirəhmanirrəhim. Salatü-salam olsun Sonsuz Nur, Peyğəmbərlər Peyğəmbəri Həzrəti Məhəmmədə, ailəsinə, səhabələrinə və qiyamətədək onun yolunda gedən müsəlmanlara.
Peyğəmbərimizin adını çəkəndə ən-Nur əl-Xalid dedim, yəni Sonsuz Nur. Bu ifadə şeyx və ustad Məhəmməd Fəthullah Gülənin “Sonsuz Nur” kitabında keçir. O, məhşərdən sonra sonsuz nurdur, inşallah.
Hizmət mənim tanıdığım hərəkatların içində, həqiqətən ən orijinal hərəkatdır. Üç il əvvəl tanış olmuşam. Buna baxmayaraq, mənə elə gəlir onun tayı-bərabəri yoxdur.
Cümə namazlarında, İslamiyyətin əlamətdar günlərində görüşürdük. Hiss edirdim ki, çox səmimi insanlardır. Təkcə öz xalqına deyil, başqa millətdən insanlara da sırf Allah rizası üçün xidmət etdiklərinə şahidəm.
Müşahidələrimə görə, İslamiyyəti mülayim bir üslubla təmsil edirlər. Peyğəmbərimiz Həzrəti Məhəmmədin (sallallahu alyhi vəsəlləm) yolundan gedirlər. Allah-taala Qurani-Kərimdə buyurur: “Biz Səni bütün bəşəriyyət üçün yalnız rəhmət olaraq göndərmişik”. Bu, həmçinin şeyx Fəthullah Gülən və onun ardıcılların yoludur. Onlar bu yolda incə, zərif, mərhəmətli bir üslubla gedirlər.
Qeyri-müsəlmanlarla dialoq fəaliyyətlərinə mən də dəstək verirəm. Çünki, Allah-taala Həzrəti Məhəmmədə (sallallahu aleyhi vəsəlləm) buyurur ki: “Sən insanları Allah yoluna hikmətlə, gözəl və məntiqi nəsihətlərlə dəvət et!” Yəni dialoq fəaliyyətləri Qurani bir yoldur. Ancaq dinlərarası dialoq barəsində bir fikrimi söyləmək istəyirəm. Mən dinlərarası dialoqa deyil, çoxdinliliyə inanıram. Çünki Allah-taala Quranda buyurur: “Elə isə sizin dininiz sizə, mənim dinim mənə”. Burada söhbət təkcə bir dindən getmir.
Dinlərarası dialoq fəaliyyətlərində xristiyanlarla müsəlmanlar arasında ünsiyyət qurulur. Bu, əslində dialoq deyil, çoxdinlilikdir. Məncə, şeyx Fəthullah Gülən bunu çox gözəl dərk edir. “Dirnlərarası dialoq” termininə etiraz etmirəm. Hər-halda, bu da mənim öz görüşümdür.
Burada çoxdinlilik var, dinlərarası dialoq deyil. Ancaq qeyri-müsəlmanlarla, hətta heç bir dinə inanmayanlarla belə dialoqa mən də dəstək verirəm. Bəli, onlarla möhkəm dialoq əlaqələrimiz olmalıdır.
Hizmətin məktəblərini Türkinənin cənubunda suriyəli köçkünlər düşərgəsinə səfərimizdə gəzib görmüşəm. Türk xalqı təkcə Türkiyədə deyil, bütün dünyada fəaliyyət göstərən bu məktəblər və xəstəxanalarla fəxr etməlidirlər. Televiziya kanalları, Kimsə yoxmu dərnəyi və Fateh məktəbini görüb valeh olmuşdum. Bəzi Türk televiziya kanallarında digər ölkələrdə fəaliyyət göstərən məktəbləri də görmüşəm. Bu məktəblərdə, bildiyim qədər, texniki fənlər, Türk dili, müsəlman şagirdlər üçün isə islami dərslər verilir. Həl-halda vətəndən uzaq həyata keçirilən bu fəaliyyət təqdirəlayiqdir. Başqa bir hərəkatda çətin ki, bunu görərsən.
Bu insanlar Türkiyə bayrağı altında fəaliyyətlərini davam etdirirlər. Məni Hizmətə çəkən və bağlayan şey də budur. Başqa qruplar kimi, Türkiyə bayrağının yanında Hizmətə aid bir başqa bayraq asmırlar. Bu, o deməkdir ki, Hərəkat bütün ümmət və bütün bəşəriyyət üçün çalışır.
- tarixində yaradılmışdır.