Professor Paul Parker

Birgəyaşayışa təşviq edirlər

Professor Paul ParkerAdım Paul soyadım Parkerdir. Elmharst Kollecində/Elmhurst College dini işlər üzrə professoram. Dini işlər üzrə təltif edilən Baltzer mükafatı laureyatıyam. Elmharst Kolleci özəl dünyəvi təhsil sistemi ilə çalışan, lakin kilsə ilə də əməkaşlıq edən bir təhsil müəssisəsidir. Yəni müstəqil olsa da, kilsə ilə yaxın əlaqələrimiz var. Kollecdə ictimai xrsitiyan etikası, dünya dinləri, Amerika dinlər tarixi dərslərinə girirəm.

Hizmət insana xidmət etməyi hər növ missionerlik fəaliyyətlərindən üstün tutan bir hərəkatdır. Hizmətin mahiyyəti İslamiyyətdir.

Hizmət xalqın dəstəyi ilə böyüyən bir Hərəkat olub dinlərarası əlaqələrə böyük əhəmiyyət verir. Qeyri-müsəlmanlara xidmət etməklə yanaşı, şəxsən qeyri-müsəlmanların da iştirak etdiyi bir Hərəkatdır.

Məsələn mən, bir xristiyan olsam da, özümü Hizmətin bir üzvü hesab edirəm. Dinlərarsı dialoq fəaliyyətləri ilə, dinlərarası əlaqələrin möhkəmləndirilməsi ilə, təhsil, səhiyyə və humanitar yardım fəaliyyətləri ilə məşğul olanda, görürəm ki, gördüyüm bütün bu işlər həm də Hizmətin işidir.

Hizməti tanımasaydım belə, yardıma ehtiyacı olan insanlar naminə gördüyüm bütün xeyriyyə işlərlə, bir mənada Hizmətin işini də görmüş olacaqdım.

Hizmət dünya üzrə bir fərq yaradır. Bu çox əhəmiyyətli bir faktdır. Çünki Hizmət davam edəcək, illərdir davam edir, yenə də davam edəcək.

Hərəkatın dini mənsubiyyəti mənim üçün əhəmiyyətli deyil. Onun bütün insanlara müsbət yanaşması məni valeh edir.

Cənab Gülən dünya şöhrətli bir alimdir. Müsəlman bir cəmiyyətdə nəşət edib ömrünü bəşəriyyətə həsr edən bir insandır.

Onunla altı il əvvəl tanış olmuşam. Cənab Gülənin mərhəmət və fəhminə heyranam.

Son vaxtlar səhhətində problemlər olduğundan xəbərim var. Ona dua edirik. Hər insan xəstələnir və bir gün ömrünü başa vurur... Xocaəfəndinin bir mühim cəhəti də onun fikirləridir. Dolayısilə təmsil etdiyi həqiqətlər daha böyük əhəmiyyət kəsb edir.

Şəxsiyyəti, təlimi vacibdir... Fikirləri isə həm mənim üçün, həm də dünya üçün, həqiqətən çox vacibdir. O həqiqətən Allahı təmsil edir. Allahın kəlamı ilə danışır, Allahın kəlamını öyrədir, Allahın sükunətini təmsil edir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.