Səfaa Zarzur
Türk məktəblərin 210 ölkənin hər birində olmalı
Çikaqoda yaşayıram. Pedaqoq, vəkil, eyni zamanda sosial aktivistəm. Amerikanın ən böyük İslam məktəblərindən biri olan “Universal Skul/Universal School”da müəllimlik etmiş və müdir vəzifəsində çalışmışam. On ildən artıqdır ki “Keyr family/Care Family” adlı QHT-nin ən böyük filiallarından birində – “Keyr Çikaqo/Care Chicago”da midir vəzifəsində çalışıram.
Həmçinin Amerikanın ən böyük İslam təşkilatı olan “Şimali Amerika İslam Cəmiyyəti”ndə də baş katiblik etmişəm.
Dünyadakı hər bir mədəniyyətin, müsəlamnların yaşadığı hər bir yerin Hizmətə ehtiyacı var. Çünki Hizmət İslam dünyası üçün gözəl nümunədir.
Fəthullah Gülənin də bir vaxtlar lik peşəsi ilə məşğul olduğunu, hətta hələ də bu işə davam etdiyini öyrənmişəm.
Gülənin həyatını araşdırmağa başlamışam. Gördüyüm qədər o, çox təvazökar insandır, ömrünü fəaliyyətlərə və ardıcıllarına həsr etmişdir. Şəxsən onu və fəaliyyətlərini, xüsusilə də xalqa xidmət edən könüllülər yetişdirdiyi üçün alqışlayıram.
Bu könüllülərin yeganə məqsədi cəmiyyətə xidmət etməkdir. Başqa məsələlərə əhəmiyyət verimirlər. Şan-şöhrətlə deyi, yalnız xidmətlə maraqlanırlar.
Fəthullah Gülənin ən ümdə məsələsi xalqa xidmət etmək, cəmiyyəti inkişaf etdirmək, insaları sülhə səsləməkdir...
Və bunun müqabilində alqış ummamaqdır... O, tərifi xoşlamır... Onun üçün vacib olan gözdən uzaq ibadət edib Hizmətlə məşğul olmaqdır
Mənə görə, Hizmət hərəkatı İslamın ruhunu və qəlbini təmsil edir. İnsanları xalqa xidmətə, təhsilə, xeyirxahlığa və yardımsevərliyə səsləyir.
Hizmət hərəkatına mənsub çoxlu dostum var. Onlar İslamın mötədilliyini özündə əks etdirirlər. İfrat heç bir şeyə rast gəlməzsiniz. Nə sağa, nə də sola ifrat meyilləri yoxdur. Bu, əsl İslami həyat, sosial ədalət və insanı ucaltmaqdır.
Bir neçə məktəbi ziyarət edib müəllim və şagirlərlə görüşlər keçirmişəm.
Müəllim məktəbi və şagirdləri öz ailəsi kimi görür və lazım gəlsə günün 24 saatını məktəbdə keçirməyə razıdır.
Eyni şəkildə şagirdlər də məktəbini öz evi kimi görür və müəllimlərə hər bir məsələdə rahatlıqla müraciət edirlər.
Bu məktəblərdən məzun olan şagirdlər həm Türkiyənin, həm də dünyanın ən yaxşı ali məktəblərində oxuma imkanı əldə edirlər.
Bir pedaqoq olaraq mən bunu möcüzə hesab edirəm.
Çox istəyərdim ki, 168 deyil, 210 ölkənin hər birində bu məktəblərdən olsun. Çünki bu məktəblər çox vacibdir.
- tarixində yaradılmışdır.