Sənad Agis
Dünya ilə inteqrasiyaya səsləyən Hərəkat
Bosniyada dünyaya gəlmişəm, orada böyüyüb boya-başa çatmışam. Ali təhsili də Bosniyada almışam. Qazi Xosrov Bəy mədrəsəsindən məzun olmuşam. 1989-cu ildə Bosniya Müsəlman cəmiyyəti tərəfindən buraya – Nortbrukdakı Çikaqo Meqapolis İslam və Mədəniyyək mərkəzinə təyinatım verilib. Müharibə illərində (1994) o dövrün Bosniya müftisi Mustafa Çəriç mənə Amerikada yaşayan bosniyalıların baş imamı vəzifəsini tapşırdı. On beş ildən çox bu vəzifədəyəm.
Hizmət hərəkatı onu tədqiq edən və onunla təmasa keçən hər kəsə İslamiyyətin müasirliyə ədavət bəsləmədiyini öyrədir.
Hizmət vasitəsilə müasirliyin İslamiyyətlə ortaq cəhətlərini müəyyənləşdirə və inteqrasiya ilə bunu mənimsəyə bilərik.
Hizmət müsəlmanların müasir dünya ilə inteqrasiya yollarını müəyyənləşdirən və geniş kütlələrlə inteqrasiya məqsədini daşıyan tanıdığım yeganə hərəkatdır.
Cənab Gülən könüllüləri dinlərarası dialoqa təşviq edərək ən vacib məsələni diqqətə çatdırmışdır. Dialoq qeyri-müsəlmanlara bizim kim olduğumuzu, inancımızı, ibatələrimizi tanıtmanın ən gözəl yoludur.
İstanbul səfərində Kimsə yoxmu dərnəyinə baş çəkmişdik. Adının mənsını soruşdum. Mənə: “Yardıma ehtiyacı olan varmı, ona əl uzadaq” mənasına gəldiyini söylədilər. Bu o deməkdir ki, ən axırıncı yardıma ehtiyacı olan insana əl uzadanadək çalışmalıyıq.
İmkan daxilində istər müsəlman, istərsə də qeyri-müsəlman olsun, möhtac olan hər kəsə yardım etmək insanlıq borcumuzdur.
Cənab Fəthullah Gülən və rəhbərlik etdiyi Hərəkat bizə İslamiyyətin həqiqi ruhunu xatırladır.
Allah insanları qoruyur. Düşməni olmayan işə yaramaz insandır. Həzrəti Məhəmməd (sallallahu aleyhi vəsəlləm) ən kamil insandı, amma ona belə düşmnəçilik bəsləyənlər vardı. Dolayısilə Hizmət kimi böyük məsələləri həll etməyə çalışan bir hərəkatın düşmənləri olması təbii bir hadisədir. Bəzi şəxs və hərəkatların Hizmətin uğurlarını qısqanması təbiidir.
Xocaəfəndi insanların yaxşılığı üçün onların səhvlərini söyləməyə çəkinmir. Yanlışın yalnış olduğunu deməyə qorxmur. İnsanların duası Fəthullah Gülən və Hərəkatadır. Bu, müvəqqəti bir sınaqdır və tezliklə hər şey düzələcəkdir.
- tarixində yaradılmışdır.