Stefanin Varnon-Hyuz

Ömrünü yaşatmaq üçün yayaşamağa həsr edən insan

Stefanin Varnon-HyuzKlaremont Linkoln Universitetində dinlərarası təhsil proqramları üzrə doktorantura oxuyuram. Bir tərəfdən də “Dinlərarası dialoq fəaliyyətlər” jurnalının baş redaktoruyam.

Dolayısilə dinlərarası dialoq mövzusu həm şəxsi həyatımın, həm də işimin böyük bir hissəsini təşkil edir. Hizmət hərəkatı mənim ilham mənbəyimdir. Hizmətlə tanış olmadan əvvəl, fərqinə varmasam da, təhsil, insana xidmət və dialoq həyatımda böyük yer tutmuşdu.

Hizməti ilk öncə qrup yoldaşlarımdan, daha sonra da dialoq mərkəzlərindən, elmi konfranslardan və məqalələrdən və əlbəttəki, Cənab Gülənin yazılarından professional mənada tanıdım. Və mənim etməyə çalışdığım işləri səmimi şəkildə görən böyük bir sosial Hərəkatla qarşılaşdım.

Mənə görə, Cənab Gülən son dərəcə təvazökar və geniş dünyagörüşə malik bir insandır. Geniş qəlbə və ömrünü başqalarını yaşatmaq üçün yaşamağa həsr edən bir insanın dünyanı dəyişdirməsi xəyal kimi görünə bilər. Ancaq mən Cənab Gülənin şəxsi nüfuzunun və ya şöhrətin dərdinə düşən bir insan olmadığını, hətta barəsində danışlmasından belə narahat olan bir şəxs olduğunu görürəm. Onun üçün vacib olan başqalarını yaşatmaqdır.

Cənab Gülənin şairliyi məndə heyranlıq hisləri oyatdı. Mən də uşaqlıqda ağaca çıxıb orada şeir qoşardım. Həmin anlarda Allaha daha yaxın olduğumu hiss edərdim. Cənab Gülən də şeir və xəyalların insanı əbədiyyətə yaxınlaşdırdığını deyir. Şükür edirəm ki, məni bu yöndə istiqamətləndirən müəllimlərim olub. Təhsil və digər fəaliyyətlərə bu qədər əmək verən bir insanın eyni zaman insan ruhuna əhəmiyyət verməsinin ayrı bir gözəlliyi var. Dolayısilə bu Hərəkatın ən böyük töhfəsi insana səadət yollarını göstərməsidir.

Kimliyin vacib deyil. Müsəlman və ya xristiyan, qız və ya oğlan, varlı və ya kasıb, fərqi yoxdur hamı təhsil ala bilir. Nəninki təhsil, bəzən qida, bəzən humanitar yadım, bəzən səhiyyəyə yardımı... Yəni nə ehtiyacın varsa...

Yaşadığı cəmiyyətin bir üzvü olan və Hizmət hərəkatı vasitəsilə bunu həyata keçirməyə qadir neçə-neçə insanlar var. Məni dinlərarası fəaliyyətlərinə sövq edən amillərin Hizmət hərəkatında da olduğunu görürəm. Səhv etmirəmsə, Quranda deyilir ki, insanlar fərqli irq və millətlər şəklində yaradılmasının hikməti onların bir-birlərini tanımasıdır.

Stefanin Varnon-Hyuz kimdir?
Klaremont Linkoln Universitetinin əməkdaşı Stefanin Varnon-Hyuz “Dinlərarası Dilaoq Fəaliyyətləri” jurnalının baş redaktorudur. Eyni zamanda dinlərarası təhsil proqramları üzrə doktorantura oxuyur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.