Stiv Gillilend
Hizmətin ən əlamətdar xüsusiyyəti dinimizmdir
Mormonlar kimi tanınan Sonuncu Gün Müqəddəs İsa Məsihin Kilsəsinin bir üzvüyəm. Səkkiz uşağım iyirmi nəvəm var.
Təqribən səkkiz ildir ki müsəlamanlarla yaxın əlaqələdəyəm. Mənsub olduğum kilsə mənə mormonlarla müsəlmanlar arasında dioloq qurmaqla vəzifələndirib.
Hizmət hərəkatı Cənab Gülənin fikirlərindən ilham alsa da, mənsubları onun düşüncələrini özünəxas metodlarla həyata keçirirlər.
Bu məni çox təəccübləndirdi. Türkiyənin hər tərəfindən insanlar Güləndən ilham alıb imkanlarını səfərbər edərək məktəblər, universitetlər, media qurumları, humanitar yardım təşkilatları açır və müxtəlif kəsimlərə mənsub insanlarla dialoq zəminlərin hazırlayırlar.
İnanıram ki, əgər gələcəkdə dünyada sülh bərqərar olacaqsa, bu, Hizmət hərəkatının könüllüləri kimi qarşı tərəfi anlamağa və onlarla ünsiyyət qurmağa çalışan insanlarla mümkün olacaqdır.
Cənab Gülən şəxsiyyəti, kimliyi və ya fəaliyyətləri ilə deyil, fikirləri ilə tanınır. O, çox təvazökar bir insandır. Bəzi məsələlərə dair mükəmməl yanaşmaları var, buna baxmayaraq çox təvazökar insandır. Qarşı tərəfi dinləməyi bacaran və dinləməyi, paylaşmağı və konstruktiv olmağı təşviq edən bir insandır... Gücün əsas mənbəyi onun fikirləridir.
Hizmət hərəkatının İslamiyyətin indiyədək gördüyüm ən yaxşı ifadə şəkli olduğunu düşünürəm.
Quranda da ifadə edildiyi kimi, Həzrət Məhəmməd insanların fərqli qrup, mədəniyyət və tarixə mənsub olmasının hikmətini bir-birimizi anlama və beləcə sülhü bərqərar etmə şəklində izah etmişdir. Gülən hərəkatını motivasiya edən amil sülhün bərqərarı naminə insanlar arasında dialoq qurma təşəbbüsləridir. Bəli, müsəlmanlar bir araya gələrək məscidlər tikir, alimləri dəvət edərək söhbət məclisləri qururlar. Bu fəaliyyətləri həyata keçirən insanlar kiminsə diktəsi ilə hərəkət etmirlər. Görürəm ki, Hizmət hərəkatı da eynilə bu şəkildə fəaliyyət göstərir. Cənab Gülənin fəaliyyətlərə şəxsən müdaxiləsi yoxdur. Bunu çox sağlam, əsasını Quran və İslamiyətdən götürən fikirlərində müşahidə etmişəm. Mənə görə Hizmət hərəkatının ən əlamətdar xüsusiyyəti dinamizmdir.
Hizmət hərəkatı fərqli inanca mənsub insanlarla dialoqa, onları yaxından tanımağa əhəmiyyət verir. Bu sayədə insanlar hər mövzuda razılığa gəlməsələr də, ünsiyyət qurmağa müvəffəq olurlar.
Başqa din mənsublarının içində də yaxşı insanlar olduğunu, bizim öz ailəmiz üçün arzuladığımız hər şeyi onların da arzuladığını öyrənirlər.
- tarixində yaradılmışdır.