Professor Süleyman Dukur

Müsəlmanlar bizdən söz deyil, əməl gözləyir!

Professor Süleyman DukurFəthullah Gülən Xocaəfənin çox gözəl bir sözü var. O, deyir ki: “Qulaqlar eşitdi, lakin gözlər acdır”. Bu gün İslam və müsəlmanlar bizdən söz və danışma deyil, xidmət gözləyir. Bizdən əməl gözləyir. Dinin dəyərlərini həyatımızda və vicdanlarımızda duyaraq, yaşayaraq layiqincə təmsil etməyimizi gözləyir...

Müsəlmanın qayəsi Allah üçün yaşamaqdır. “De: “Sizə bir nəsihət verəcəyəm. Allaha yönəlin.” Kimə yönəlməliyik? Əlbəttə Allaha! “Ey iman gətirənlər! Allah naminə ədaləti bərqərar edən şahidlər olun.” “Ey iman gətirənlər! Allah üçün şahid olaraq ədalətə əməl edin.”

Bütün bu əyələr müsəlmanı daimi bir fəaliyyətə, hərəkətə səsləyir. Daim fəal olmağs... Daim hərəkətli... Daim aktiv... Çalışqan olmağa... Bəs bunu necə həyata keçirmək olar?! Ruhu dirçəldərək... Bunun dərdini və iztirabını çəkərək... Fəthullah Gülən Xocaəfəndi deyir ki: “Müsəlmanların üzlərində və gözlərində bu dərdi, iztirabı görə bilmirəm.” Dərd çəkməsək, necə hərəkətə keçəcəyik? İnsanın yaşamağının qayəsi nədir? Əgər həyatının qayəsini öyrənmək istəyirsənsə, nəyin iztirabını çəkdiyinə bir bax! Səni hərəkətə gətirən nəyin dərdidir? Güzgüyə baxanda, öz-özünü hesaba çəkəndə bax, gör, nəyin iztirabını çəkirsən?

Elə görünür ki, müasir gənc nəsil iztirabdan yoxsul, bayağı və dəyərsiz idealların dalınca gedir. Bəs o böyük əzabkşlər nə üçün iztirab çəkirdilər? Mərhum İmam Qəzali deyir ki: “İnsanın himməti çəkdiyi dərdlə, iztirabla düz mütənasibdir. Kimin dərdi kiçik bir ərazini əkib-becərməkdirsə, onun himməti odur. Ancaq dərdi dünyanı islah etmək olan insanın himməti böyükdür.”

Görəsən bu gün müsəlmanlar olaraq, bizim himmətimiz dünyayı islah etməkdir? Dəyərlərimizi dünyaya tanıtmaqdır? Xeyirxahlıq, sevgi, xoşgörü, dostluq, azadlıq, izzət kimi dəyərləri... Bu dəyərləri bəşəriyyətə çatdırmalı deyilikmi? Bəli, çatdırmalıyıq! Təkcə nəzəri olaraq deyil, həm də praktiki şəkildə göstərməliyik... Yəni bu dəyərləri yaşayaraq. Həqiqi dəyər məhz budur...

Sırf bu məqsədlə alimlər, islah əhli mütəfəkkirlər çalışıb-çabalayır. Peyğəbərimizlə səhabələr də bunun üçün ömrünü fəda etdilər. Bu dövrün alimləri də boş dayanmır. Onlar da ömrünü bu yola həsr etdilər... Məqsəd isə himmətimizi alovlandırmaqdır... Bu isə ancaq dərd və iztirabla mümkündür. Bunu həyata keçirən insan öhdəsinə düşəni yerinə yetirər. Elə isə üç şeyə diqqət etmək lazımdır: himməti alovlandıran dərd, insanı hərəkətə gətirən himmət və himmətlə yerinə yetirilən vəzifə. Bəs bu gün sənin vəzifən nədir, ey müsəlman?! Sənin vəzifən bu dinə xidmət etməkdir.

Professor Süleyman Dukur, İordaniya Üniversiteti/Quran elmləri üzrə müəllim/İordaniya

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.