Zahir Səhlul

Mütərəqqi Hərəkat

Adım Zahir, soyadım Səhluldur. Reanimasiya şöbəsi üzrə mütəxəssisi olub Çikaqo əhalisinə xidmət edirəm. Hal-hazırda Suriyəyə tibii yardım edən Suriyə-Amerika Tibb Cəmiyyətinin sədri vəzifəsində çalışıram. Cəmiyyətimiz Suriyə, Liviya, İordaniya və Türkiyədə məskunlaşan qaçqınlara tibbi yardım göndərir.

Hizmət hərəkatı mənim üçün çox qiymətlidir. Çikaqodan və dünyanın müxtəlif bölgələrindən Hizmətə mənsub bir çox dostum var. Bir neçə il qabaq Türkiyəyə səfərimiz olmuşdu. Məktəblərdə və digər təhsil müəssisələrində Hizmət hərəkatından bir çox insanlarla dostluq qurduq. Həmçinin Çikaqoda Hizmətə aid Niaqara dərnəyinin tədbirlərinə mütəmadi şəkildə iştirak edirəm. Hizmət son dərəcədə mütərəqqi bir İslam hərəkatıdır. Hərəkat dinimiz və prinsiplərimizə müvafiq şəkildə bir çox layihələrdə qabaqcıl rol oynayır.

Hərəkat təhsil, dinlərarası dialoq sahəsində, müsəlman və digər qruplar arasında əlaqə və dostluq körpüləri qurmada qabacıl rol oynayır. Üstəlik dəyərlərimizi uğurlu şəkildə özündə əks etdirib həyata keçirirlər. Bu səbədən, Hərəkatın son dərəcədə mütərəqqi olduğunu, həm Amerikada, həm də dünya miqyasında olduqca faydalı işlər gördüklərini düşünürəm.

Cənab Gülənlə şəxsən tanış olma imkanım olmayıb. Amma barəsində kitablar oxumuşam. Bir sıra video yazılarını seyr etmişəm. Beləcə məndə şəxsiyyəti, düşüncəsi və liderliyi haqqında müəyyən təssüratlar formalaşıb. Amma ardıcılları və onunla sıx əlaqədə olan insanları yaxşı tanıyıram. Ardıcılları ona böyük məhəbbət bəsləyir. O çox səmimi bir din adamıdır. Hizmət isə dünyada ən güclü İslami hərəkat olmağa namizəddir. Cənab Gülənin dinlərarası dialoq, təhsil və mürüvvətə inamı böyükdür. Hizmət hərəkatı isə onun düşüncələrini həyata keçirir...

Onunla görüşüb söhbət etməyi çox arxulayıram. Çünki onun kimi orijinal fikirləri olan alimlər üçün müxtəli müsəlman qruplara mənsub insanlarla və dövlət adamları ilə görüşmək haqqındakı mənfi münasibətin aradan qalxamasına zəmin hazırlamaqdadır.

Cənab Gülən başqa müsəlman qruplara mənsub insanlarla da görüşlər keçirsə, haqqındaki mənfi düşüncələrin aradan qalxacağına inanıram. Buna görə də fikirlərini doğru şəkildə qarşı tərəfə çatdırmaq üçün fərqli görüşlərə mənsub müsəlman liderlərlə də görüşməlidir...

Mənim fikrimcə Hizmət hərəkatı İslamın əsas dəyərlərini təmsil edir. Çikaqoda və Türkiyədəki Hizmətə mənsub insanlarla dostluq əlaqələrinə isnadən görürəm ki, bunlar çox səmimi insanlardır. Hizmətdən olub, lakin insanlar tərəfindən sevilməyən bir adam tanımıram. Bu insanlarla hər görüşəndə onlardakı sevgini və ideallarına bağlılığı açıq şəkildə hiss edirik. Bu, başqa hərəkatlarda az rastlanan haldır. Allah-taala Quranda “Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik” buyurur. Peyğəmbərimiz Həzrəti Məhəmməd (sallallahu aleyhi vəsəlləm): “Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin”, deyir. Asanlaşdırın. Orta yolu seçin. Mülayim olun. Bu Hərəkatın mülayimiliyi də bu sünnəyə əsaslanır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.