Xoca Əfəndinin bu fəaliyyətlərdən gözlədiyi son nəticə nədir?

Allahın razılığı (Rizayi-İlahi) – hər müsəlmanın əməlləri ilə axirətdə çatmaq istə diyi bir hədəfdir. Belə ki, İslam inancına görə Onun rizası hər şeydir. Allahın razılığı ən yüksək mərtəbədir.

Xoca Əfəndinin də bu ümumi fikir xaricində heç su ətrafında səmimi və ya şübhəli niyyətlərlə verilən bütün suallara eyni cavabı vermişdir. Bu dairədə fəaliyyət göstərən, demək olar ki, hər kəsə eyni istiqaməti göstərmişdir. "Quranın almaz düsturları ilə hərəkət edib hər qapını sevgi ilə döyməli, nifrət etdirib qorxutmadan hamıya nəsə anlatma, çatdırma yollarını axtarmalıdır. Bunun üçün dialoq qapılarının açıq olması zərurətdir. Rizayi-İlahidən başqa heç bir məqsəd güdülməməlidir".[1] "Bunu bir daha vurğulamaq istəyirəm ki, müsəlmanlar dialoq, sevgi və mərhəmətlə heç nə itirməyəcəklər. Bir də ki onlar ən böyük mükafat olan Allahın razılığını qazanmaq arzusundadırlar. Bu baxımdan, bəzilərinin boş, faydasız gördüyü şeylər müsəlmanlar üçün qazanc, qazanc gördüyü şeylər isə boş ola bilər".[2]

Digər bir qayə, məqsəd də nizamı pozulmuş bəşəriyyətin yenidən Allahın bəxş etdiyi fitrətə, mehvərə qayıtması, İlahi iradəyə uyğun hərəkət etməsidir. Xoca Əfəndi bunu "bəşəriyyətin özünü (öz həqiqətini) kəşf etməsi" şəklində ifadə edir. Peyğəmbərimizə (s.ə.s.) qədər Nəbi və Rəsulların, sonra isə mücəddidlərin göndərilməsində məqsəd nizamı pozulan bəşəriyyətin yenidən əsl mahiyyətinə qovuşmasıdır. Bu gün Qərb-Şərq-Cənub-Şimal hansı adla adlandırsaq da, bəşəriyyətin sahib olduğu mədəniyyət səviyyəsi yaradılış qayəsinə uyğun deyildir. Nəzərdə tutulan, əlbəttə, texnika və texnoloji kəşflərlə, onların həyatımıza daxil olması ilə əldə edilən rifah səviyyəsi deyildir. Belə ki, dünyanın bir tərəfində həyat səviyyəsi yüksək olduğu halda, din, dil, irq və s. ayrı-seçkiliyə görə aclıq içində ölümə məhkum edilmiş neçə-neçə insan vardır. Dünyada mövcud sosial-iqtisadi tarazlıq hər kəsə məlumdur. Dünyada mənfəət uğrunda cərəyan edən və ən son texnologiyanın istifadə edildiyi müharibə səhnələri bəşəriyyət olaraq yaşadığımız yeri dərk etmək baxımından başqa bir ölçüdür. Xoca Əfəndiyə görə, bütün bunları yox edə bilən, suyun axın istiqamətini tərsinə çevirə bilən şey "sevgi, mərhəmət, dialoq, hər kəsi olduğu kimi qəbul etmə, qarşılıqlı hörmət, haqq və ədalətdir. Yaxşılıq, gözəllik, doğruluq və fəzilətdir". Bunları sıraladıqdan sonra Xoca Əfəndi sözlərini belə tamamlayır: "Bəşəriyyətin öz həqiqətini tapacağı bahar dünyanın mayası olan bu fəzilətlər üzərində süslənəcəkdir. Nə olursa-olsun, dünya tez və ya gec bu istiqamətə yönələcək və buna mane olmağa heç kəsin gücü çat­­­­­­­­­­­­­mayacaq".[3]


[1]. Gülen, Fethullah, a.ç.ə., s.125
[2]. Gülen, Fethullah, a.ç.ə., s.158
[3]. Gülen, Fethullah, a.ç.ə., s.197