Xoca Əfəndinin öz adı ətrafında aparılan iftira kampaniyalarına qarşı tövsiyələri vardırmı?

Xoca Əfəndi kimi həssas bir insanın bu cür iftiralar qarşısında üzülməməsi, əlbəttə, mümkün deyil. Belə ki, o, "Belə iftiralarla üzləşdikdə hansı hisləri keçirdiniz? Üzüldünüzmü?" sualına verdiyi cavabda hislərini belə ifadə edir: "Üzülmədim" deyə bilmərəm. Əlbəttə ki, üzüldüm, ürəyim sıxıldı. Amma öz-özümə belə təsəlli tapdım. Aişə anamıza (r.a.) səadət dövründə iftira atanlar oldu. Mülhidlər (dinsizlər) Allaha iftiralar atdılar.

Qurani-Kərimdə bir neçə yerdə Allaha atılan bu iftiralardan bəhs edilir. Haşa! "Allahın övladı var" deyirlər, "Mələklər Allahın qızlarıdır" – deyirlər. Zatı-Uluhiyyətə (Allaha) qarşı bu hörmətsiz ifadələr hər zaman mənim ürəyimə toxunur. Bunu mülhidlər Allaha, Hz. Aişə validəmizə qarşı etmişlər. İndi də müasir mülhidlər mənim kimi qıtmirə (Əshabi-Kəhfin itinin adı) bunları edirlər. "Çoxdurmu?" – deyirəm və təsəlli tapıram..."

Ardınca da bu düşüncələr ətrafında halələnib dünyanın dörd bir yanında çalışan insanlara bunları deyir: "Əvvəla; zülm etmək qabiliyyəti olanlar zülm edirlər. İşin acı tərəfi (əslində acı, yoxsa şirin olduğuna siz qərar verin) odur ki, sizin iti dişiniz olmadığı üçün dişləyə bilmirsiniz. Məncə, bu daha yaxşıdır. Qoy onlar zülm etsinlər, zülmə davam etsinlər, biz də təmkin və səbirlə istedadı olanlara Allah-Təalanın mərhəmət və məğfirətini diləyərək, onları yanlış yoldan xilas etməsini istəyək.

İkincisi; iftiralara məruz qalmaq, qərəzli qarşılanmaq hər zaman bu yolun fədakarlarının alın yazısı olmuşdur və olmaqda davam edəcəkdir. Amma bəsirət hər şeyi silib atmışdır. Bəsirət qarşısında heç bir qaralama, heç bir iftira tab gətirə bilməz.

Üçüncüsü; dünyanın dörd tərəfinə Türk mədəniyyətini, Türk dilini aparan insanların fəaliyyətlərini görməzliyə vurmaq bir nankorluqdur. Baxın, mən bu fəaliyyətlərə günəş deyirəm. Günəş isə palçıqla suvanılmaz. Nə edirlərsə-etsinlər, bu bəsirətli cəmiyyət hər şeyi görür və bilir. Beləliklə, bu işlərə əngəl ola bilməmək onları sayıqlamalara təhrik edir. Müvazinətsiz çırpınırlar. Bu da bilinməlidir. Çünki bu zehniyyətə görə, kassa sisteminə inananlar kimi, onlar, haşa və kəlla, yaradanın ağzından - qulağından, əsl Anadolu övladları isə dırnağından yaradılıb. Belə ki, siz onlara nə qədər: "Layiq deyil, münasib deyil, yersizdir" ‒ desəniz, də, "Aman verməyin, vurun, nəfəslərini kəsin!" - bu fəaliyyətləri gerçəkləşdirənlər haqqında hökmdür. "Siz onları öldürün, sonra dəlil taparıq" fikri bu anlayışın söykəndiyi əsas məntiqdir. Bunu da bilmək faydalıdır.

Lakin heç kəs əhvalını pozmasın. Bu millət, bu millətin bu günü və sabahı, hətta bütün bəşəriyyət üçün edilən bu xidmətlər Allahın izni və lütfü ilə davam edəcək... bu karvan yoluna davam edəcəkdir. Bu karvanı yenə Allahın lütfü və kərəmi ilə nə iftira saxlaya bilər, nə də riyakarlıq".[1]


[1]. http://herkul.org/kiriktesti

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.