1995

23.01.1995 "Sabah" və "Hürriyyət" qəzetlərinə müsahibə verdi

"Sabah" qəzetindən Nuriyə Akman ve "Hürriyyet" qəzetindən Ertuğrul Özkökə verdiyi müsahibələr. Müsahibələr Türkiyənin durumu, Baş Nazir Tansu Çillər ilə görüş, İslamiyyət, siyasət, qadın və təhsil mövzuları ətrafında həyata keçdi.

11.02.1995 Polad Renaissanceda "Qazetəçilər və Yazarlar Vəqfi"nin iftarına qatıldı

Fəthullah Gülən çıxışında bu toplantının birliyə vəsilə olmasını dilədi.

23.02.1995 Ankara Hiltonda "Qazetəçilər və Yazarlar Vəqfi"nin iftarına ismarıc göndərdi

"Qazetəçilər və Yazarlar Vəqfi"nin 23 fevral 1995 çərşənbə axşamı verdiyi iftara siyasət, bürokratiya və universitet çevrələrindən bir çox ictimai xadim iştirak etdi. Dəvətə gələ bilməyən Fəthullah Gülən gələ bilməməsinin səbəbini, orucla əlaqəli şəkər və təzyiqlə əlaqəli narahatçılığını açıqlayaraq "Qazetəçilər və Yazarlar Vəqfi" timsalında iftara gələnlər bir ismarıc göndərdi.

20.03.1995 Bülent Ecevitlə görüşdü

Fəthullah Gülən mart ayında Bülent Ecevitin ziyarətinə getdi. Ecevit bu görüşün çox faydalı olduğunu və siyasətdən daha çox elm və fəlsəfə mövzularında söhbət etdiklərini söylədi.

10.05.1995 Nəzakət ifadəsi olaraq Hikmət Çətini ziyarət etdi

Fəthullah Gülən Hikmət Çətinlə Qurban bayramının ikinci günü Çetinin millət vəkillərinin evində görüşdü. Görüş bayram münasibətilə həyata keçdi.

26.05.1995 "Türk Ocaqları Vəqfi"ndən mükafat aldı

"Nihal Atsız Türk Dünyası Hizmet Ödülü" təşviqləriylə Türk dünyasında bir çox məktəbin açılmasına səbəb olduğuna görə Fəthullah Gülənə verildi.

09.06.1995 Baş nazir Tansu Çillər ilə ikinci dəfə görüşdü

Baş nazir Tansu Çillərlə Fəthullah Gülən 1994-cü ildəki görüşündən sonra ikinci dəfə İzmirdə bir araya gəldilər. Çillər Özəl Yamanlar liseyinin buraxılış günündə iştirak etdi. Mərasimdən sonra Çillər və Gülən 45 dəqiqəlik bir söhbət etdilər.

15.06.1995 Məsud Yılmazı ziyarət edərək bir görüş keçirdi

Əvvəllər də Çillər və Ecevitlə görüşən Fəthullah Gülən Məsud Yılmazla bir araya gəldi. Ankarada keçirilən görüşdə Gülən, Yılmaza Türkiyənin son vəziyyətilə əlaqəli fikirlərini bildirdi.

22.06.1995 Siyasətçilərlə görüşlərinə dair mediaya açıqlama verdi

Fəthullah Gülən, Sünni-Alevi ve sağ-sol dostluğu adına gördüyü təşəbbüslərin və bu arada Cumhuriyyət Xalq Partiyası Gənəl Başqanı Hikmət Çətin ilə görüşün qeyri-adi heç bir şeyin olmadığını söylədi. Gülən "Keçirdiyim görüşlərin bəziləri tərəfindən qeyri-adi qarşılanmasını bu insanların daşıdıqları vəzifə, xüsusiyyət və səviyyələri ilə əlaqələndirməkdə çətinlik çəkirəm",-dedi.

01.07.1995 "Mehmetçik vəqfi"nə maddi yardım göstərdi

Fəthullah Gülən "Cumhuriyyət" qəzetindən Hikmət Çətinqayanın yazdığı yazılardan ötrü mənəvi təzminat qazandı. Aldığı əlli milyon lirəlik təzminatı 1995-ci il 30 iyun tarixində "Mehmetçik vəqfi" nə bağışladı. Bu xəbər 1 iyul 1995-ci il tarixində "Zaman" qəzetində çap olundu.

02.07.1995 Kırkpınar güləşlərinə baxmaq üçün Sarayiçinə getdi

634-cü tarixi Kırkpınar güləşlərinin axırıncı günündə Sarayiçinə gələrək güləş yarışlarını izləyən Fəthullah Gülən xoca əfəndiyə böyük qayğı göstərildi. Fəthullah Gülən daha sonra dərəcə alan pəhləvanları tək-tək təbrik etdi.

03.07.1995 TRT "Atəş Xətti" verilişində Rəha Muxtara müsahibə verdi

Fəthullah Gülən, "Atəş Xətti" verilişinin İstanbul studiya Rəha Muxtarla uzun bir görüş keçirdi.

25.07.1995 "Mehmetçik Vəqfi"ndən təşəkkür bəraəti aldı

Fəthullah Gülənə "Türk Silahlı Qüvvətləri Mehmetçik Vəqfi"ndən bir təşəkkürnamə verildi.

02.08.1995 TBMM Sədri Hüsaməddin Cindoruku ziyarət etdi

Fəthullah Gülən, Məclis Sədri Hüsaməddin Cindoruku məclisdəki iş yerində ziyarət etdi.

13.08.1995 "Zaman" qəzetindən Eyyub Cana, daha sonra "Üfüq turu" adı altında kitablaşdırılan müsahibəsini verdi

On bir gün boyunca silsilə şəklində dərc olunan bu müsahibədə Fəthullah Gülənin həyatı və qayəsi, din, təsəvvüf, doqmatizm, fəlsəfə, ədəbiyyat, siyasət və Orta Asiyaya açılışla əlaqəli bir çox mövzuya aydınlıq gətirdi.

15.08.1995 Hakan Şükürün toyunda iştirak etdi

Fəthullah Gülən Qalatasaraylı Hakan Şükürün 15 avqust 1995-ci il çərşənbə axşamı keçirilən nikah mərasimində iştirak etdi və Hakan Şükürün nikah şahidi oldu.

20.08.1995 "Cumhuriyyət" qəzetindən Oral Çalışlara müsahibə verdi

Yeddi gün dalbadal dərc olunan bu müsahibədə cumhuriyyət, dünyəvilik, şəriət, təhsil, demokratiya və qadın mövzusunda verilən sualları cavablandırdı.

14.09.1995 Xəstəliliyinə görə ürəyini müayinə etdirdi

Fəthullah Gülən uzun müddər onu narahat edən ürəyini yoxlatmaq üçün Amerika xəstəxanasında ürəyini müayinə etdirdi.

19.09.1995 Bosniyalı uşaqlara maddi yardım məqsədiylə tərtib olunan futbol oyununu izlədi

"Qazetəçilər və Yazarlar Vəqfi"nin təşkil etdiyi futbol oyunu, İstanbulda "Hər şey Bosniyalı Uşaqlar Üçün" şüarıyla oynanıldı. Futbol tədbirində əldə edilən qazancla Bosniya  Hersoqovina Saraybosniyalı uşaqlar üçün bir məktəb tikildi. Oyunu Maradona və Fəthullah Gülən yan-yana izlədi.

11.10.1995 Hökümət krizi və Muhtıra şaiələrinə açıqlama verdi

"8 oktyabr 1995-ci il bazar günü bəzi dəyərli qəzetçi dostlarlarımızla bir araya yığılmağımız nəzakət ziyarəti mahiyyətini daşıyırdı.

Çay süfrəsi ətrafında bəzi suallar cavablandırıldı və mövzu ətrafında cavablar verildi. Nə dünən, nə də bu gün siyasi hər hansı mülahizəm olmadığı kimi, sabah da olmayacaq. Bu mənada heç kəsi himayə etmə hədəfim olmadığı kimi, heç kimin əleyhində olmağı da fikirləşmədim.

Söhbət açılan mövzular hal-hazırda Türkiyənin yaşadığı krizlər ətrafında cərəyan etdi. Bu arada on beş ildir ki, tez-tez dedigodu edilən memorandium kimi narahatlıqlar üzərində də duruldu.

Eşitdiyim bəzi şeylərə istinadən demokratiya adına qayğılarımı dilə gətirdim. Qətiyyən hər hansı bir şəxsə qəsd etmədiyim kimi, bəziləri tərəfindən qəsdən ortaya atılma ehtimalı olan belə bir hadisəni, keçmişdən bəri həmişə hörmət elədiyim ali bir müəssisəyə aid etməməyə çox diqqət etdim. Qəti olan fikrimin bu şəkildə dəyərləndirilməsini hörmətlə ərz edirəm."

18.10.1995 "Milliyyət" qəzetini ziyarət etdi

18 oktyabr 1995-ci ilin çərşənbə günü "Milliyyət" qəzetini ziyarət edərək şirkətin yazıçı və idarəçilərilə görüşdü.

19.10.1995 Hollandiyanın bir televiziya kanalına müsahibə verdi

Bu müsahibədə həyatı, fikirləri, fəaliyyətləri, İslam və dünyəvilik ətrafında söhbət edildi.