1998

13.01.1998 "32-ci Gün" verilişində həyatı, düşüncəsi və məktəblərlə bağlı fikirləri efirə verildi

"32. Gün" verilişinin "Show TV"də 13 yanvar 1998-ci il çərşənbə axşamı verilən hissəsində Fəthullah Gülənin həyatı, düşüncəsi və etdiyi xidmətlər Mehmet Ali Birand və Rıdvan Akar tərəfindən toplanaraq tamaşaçılara təqdim edildi.

22.01.1998 "Alarko"nun iftarına qatıldı

"Alarko Holdinq" "Hilton" otelində bir iftar yeməyi verdi. İftarda çoxlu sayda iş adamları ilə yanaşı Fəthullah Gülən də iştirak etdi.

23.01.1998 Papa II İohan Pavel Ramazan bayramı ilə əlaqəli Fəthullah Gülənə bir ismaric yolladı

Katolik dünyasının lideri Papa II. İohan Pavel, Dinlərarası diyaloq üçün Papalıq Qurumu rəisi Kardinal Francis Arinze vasitəsilə Ramazanın bitməsi və yaxınlaşan bayram münasibətilə Fəthullah Gülənə bir ismaric göndərdi.

29.01.1998 Ramazan bayramı ilə əlaqəli bir ismaric yayımladı

Fəthullah Gülən Ramazan bayramı münasibətilə bir ismaric yayımladı.

03.02.1998 "Qazetəçilər və Yazarlar Vəqfi"nin bayramlaşma mərasiminə qatıldı

"Qazetəçilər və Yazarlar Vəqfi" tərəfindən "The Plaza Cəvahir" otelində tərtib olunan "Bayramlaşma mərasimi"ndə toplumun fərqli qrupları, siyasət, sənət dünyasının qabaqcıl simaları, səmavi dinlərin təmsilçiləri, elm və fikir adamları bir araya gəldi.

04.02.1998 Vatikana getməzdən əvvəl Baş Nazir Ecevitlə görüşdü

Fəthullah Gülən NTVdə Taha Akyol və Cengiz Çandarın suallarını cavablayanda Vatikana getməzdən əvvəl Baş Nazirlə görüşdüyünü və Papa görüşündən dövlətin üst səviyyəli səlahiyyətli şəxslərinin xəbəri olduğunu söylədi. Gülen Taha Akyolun sualına belə cavab verdi: "Zənnimcə, bir mövzu qaldı. Gördüyümüz bu işdən dövlətin xəbəri vardı. Amerikada olduğum zaman hörmətli xarici işlər vəkilimiz İsmayıl Cem bəylə görüşüldü. O da belə bir fəaliyyəti müsbət qarşılamışdı. Hətta kardinalla görüş buna ilk addım sayılır. Vatikan tərəfindən dəvət edildikdən sonra da getməzdən bir-iki gün əvvəl hörmətli Ecevitlə görüşdük. İstanbuldakı evinə getmişdik. Özü şəxsən yaxın günlərdə Vatikana gedəcəksiniz dedi. Dinlərarası dialoq adına, daha doğrusu, fərqli din mənsubları dialoqu adına yaxşı olacağına inanıram dedi. O da belə əlaqələrin çox məqsədyonlü olduğunu bildirdi. Buna görə dövlətin vəzifəli şəxsləri bu məsələni bilirdilər."

09.02.1998 Vatikanda Papa II İohan Pavel ilə görüşdü

Vatikanda dinlərarası dialoq adına Katolik dünyasının lideri Papa II İohsn Pavel ilə 30 dəqiqəlik görüş keçirdi.

18.02.1998 Papa ilə görüşü haqqənda mediaya açıqlama verdi

Fəthullah Gülən dinlərarası dialoqun möhkəmlənməsi, tolerantlıq və kompromisin gerçəkləşməsi adına həyata keçirdiyi görüşlərlə əlaqəli müxtəlif qruplardan bəzi iddialar ortaya atılması ilə mediaya açıqlama verdi.

19.02.1998 Kilsələr birliyindən Gülənə Sülh ziyarəti edildi

Körfəzdə savaş davam edərkən, Orta Şərq Sülhü Üçün Dünya Kilsələr Birliyi (CMEP) üç nəfərlik bir heyətlə Güləni sülh adına ziyarət etdilər.

25.02.1998 Hahambaşı Eliyahu Bakhsi Doron ilə görüşdü

Fəthullah Gülən "Qazetəçilər və Yazarlar Vəqfi"ndə İsrailin Sefarat Hahambaşı Eliyahu Bakhsi Doron ilə görüşdü.

27.02.1998 NTV də Cengiz Çandar və Taha Akyolun suallarını cavablandırdı

Fəthullah Gülən dünyəvilik, siyasi islam, Papa ilə görüş, Cumhuriyyət və Atatürk haqqında bir çox sualları cavablandırdı.

07.03.1998 İlahi dinlər yığıncağına qatıldı

İlahi dinlərin qabaqcıl nümayəndələri Harbiye Camal Rəşid Rey konsert salonunda dialoq adına toplandılar.

09.03.1998 Amerika Yəhudi heyətinin ziyarətini qəbul etdi

Gülən, 9 mart 1998-ci il bazar ertəsi günü İstanbulda Amerika Yəhudi Təşkilat Rəisləri Konfransı (AYOBK) Heyətini qəbul etdi. 3 günlük ziyarət üçün Türkiyədəki Yəhudi Liderlər Heyəti, Ankarada ən üst səviyyədə qarşılanmış və Baş Nazir Məsud Yılmaz, Genelkurmay II. rəisi Ordu generalı Çevik Bir, TBMM sədri Hikmət Çətin, Xarici İşlər Naziri İsmayıl Cem tərəfindən qəbul edilmişdir.

19.03.1998 Sezer Tansuğun cənazə namazını qıldırdı

Vəfat edən, sənət tarixi üzrə mütəxəssis və tənqidçi Sezer Cihat Tansuğun cənazə namazını Ortaköy Məcidiyyə məscidində Fəthullah Gülən qıldırdı.

19.03.1998 Türk dünyasına etdiyi xidmətlərə görə "Türk 2000-lər Vəqfi"ndən mükafat aldı

"Türk 2000-lər Vəqfi", Türk dünyasına xidmət edən 20 şəxsə mükafat verdi. Mükafat alanlar içində Fəthullah Gülən də vardı.

05.04.1998 "Milliyyət"dən Özcan Ercanın gündəmlə əlaqəli suallarına cavab verdi

Fəthullah Gülən irticadan dünyəviliyə, həbsxana günlərindən 12 sentyabra, qadın əli sıxmamaqdan qalstuk taxmamağa, dində intibahdan tolerantlığa və yoxsul günlərinə qədər müxtəlif mövzularda sualları cavablandırdı.

18.04.1998 "Türk ocaqları"ndan mükafat aldı

"Türk ocaqları" Hamdullah Suphi Tanrıöver Türk Ocakları Kültür Ərmağanını Fəthullah Gülənə verdi.

26.04.1998 Əhli-beyt qurultayına ismarıc göndərdi

Fəthullah Gülən 26 aprel 1998-ci il bazar günü təşkil olunan Əhli-beyt qurultayına təbrik  göndərdi

06.05.1998 Rus "ORT" televiziya kanalına müsahibə verdi

Bu müsahibədə Türk-Rus münasibətləri, Fəthullah Gülənin həyatı və düşüncəsi önə çəkildi.

18.05.1998 İtaliya müxbirlərə Papa ilə görüşü haqda müsahibə verdi

Müsahibədə daha çox dinlərarası dialoq və Papa ilə görüş üzərində dayanıldı.

06.06.1998 Haqqında ortaya atılan iddialarla əlaqəli "Aksiyon" jurnalına müsahibə verdi

Bu müsahibədə taqiyyə, irtica, aləvilik, Cumhuriyyət, Atatürk, təhsil, demokratiya, sərmayə, siyasi İslam və buna bənzər bir çox suallara cavab verdi.

21.06.1998 "Radikal"dan Avni Özgürelə müsahibə verdi

Fəthullah Gülən irtica, şəriət və başörtüsü haqqında Avni Özgürelin suallarını cavablandırdı.

25.06.1998 Hacı Sabancının vəfatı ilə əlaqəli başsağlığı yayımladı
26.06.1998 "Hocanın okulları" kitabı haqqında DGM təqibsizlik qərarı verdi

Sivil Toplum Quruluşları Birliyi tərəfindən nəşr olunan "Hocanın okulları" adlı kitabı xəta bildirişi qəbul edərək, Fəthullah Gülən haqqında istintaqa başlayan Fatih Cumhuriyyət Başsavcılığının qərarı ilə İstanbul DTM-yə göndərdiyi sənədinə təqibsizlik qərarı verildi.

02.07.1998 STKB-nin "Hocanın okulları" adlı kitabı ilə əlaqəli məhkəmə başladı

"Hocanın okulları" adlı kitabla Fəthullah Gülənə təhqir iddiasıyla 8 şəxs əleyhinə açılan iddianın ilk məhkəməsi Fatih 2-ci Asliye Cəza Məhkəməsində keçirildi.

05.07.1998 "İpəkyolu Vəqfi"ndən mükafat aldı

"İpəkyolu Vəqfi" tərəfindən tərtib olunan "1-ci Millətlərarası Türk İstiqlal Mücadələsi Simpoziumu" Antalya "Turem" otelində keçirildi. Mükafat alanlar arasında prezident Süleyman Dəmirəl, baş nazir Məsud Yılmaz, baş nazir Müavini Bülent Ecevit, KKTC Prezidenti Rauf Denktaş, Fəthullah Gülən kimi görkəmli şəxslər vardı.